Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib.

Trend-in Kremlinə istinadən verdiyi məlumata görə, müşavirədə Dağlıq Qarabağda və Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə məsələlər müzakirə edilib.

Bildirilir ki, müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Serdey Narışkin iştirak ediblər.