Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

Trend xəxəbr verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib".

Qeyd edilir ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.