Planlaşdırılan Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanı qorxuya salıb.

Qars bölgəsində keçiriləcək təlimlər 1 fevraldan 12 fevrala kimi davam edəcək.

Təlimlərdə müxtəlif qoşunlarının koordinasiyalı hücum və müdafiə əməliyyatları müzakirə olunacaq. Hərbi tədbirə tank, artilleriya, xüsusi təyinatlı qüvvələr və snayperlər cəlb olunacaq.

Qarabağda aldığı sarsıdıcı məğlubiyyət nəticəsində dərin hərbi-siyasi və iqtisadi böhrana düşən rəsmi Yerevan məsələyə rəsmi münasibət bildirməyib.

Amma ölkə mətbuatı Ermənistan sərhədlərinə yaxın ərazidə keçiriləcək hərbi təlimlərin ciddi narahatlığa səbəb olduğunu yazır. Buna baxmayaraq, Ermənistan XİN-nə təlimlərlə bağlı rəsmi açıqlama vermək qadağan olunub.

Birgə təlimlərin son illər ərzində keçirilən ən miqyaslı hərbi tədbir olacağı gözlənilir.