Tehranın “Evin” həbsxanasında saxlanılan siyasi məhbus Tohid Əmir Əmini ərdəbil zindanında aclıq aksiyası keçirən siyasi məhbus Yusif Kariyə açıq məktub ünvanlayıb. Məktub olduğu kimi aşağıda verilir:

“Eşqdir İsanı çəlipayə çəkən
Mıx çalınan əllərinə kimdi kilisa dəlisi?”

Həzrəti İsa səlib ya kilisə vurğunu deyildi. O, tanrı adlı eşqinin vurğunu idi ki, onun uğrunda səlibə(çarmıx) çəkildi.

Bu gün Azərbaycanın fəxr günəşinin parıltısı bizə bir dərs öyrətdi. Yusif bəy Kari bu gün qərəntinə sellollarında (kamera) aclıq aksiyasının vurğunu deyil, bəlkə o, eşqinin dəlisidir. Necə ki, İsa Məsih eşqinin dəlisi idi.

Bu gün o qara milələrin (barmaqlıq) arxasında aclıq durumunda zindan çəkir.
“Yusif Karinin eşqinin adı vətən adlı Azərbaycandır, vətən adlı nəğmədir!”

Yusif Kari aclıq aksiyasına keçməklə bizə bunu aydınladıb ki, eşqinin kökündə, sözündə dirənmək və özgürlük var. O bəlkədə Quranın “Malik əl yom əldin...” ayəsini düzgün araşdırır və onu bəlləndirir ki, bu ayənin içəriyi özgürlük, onun nəğməsinin xəbərin gətirməsi və insanın özgür seçiminin tərifidir.

O, bu quranın sözünə dayanıb və belə bir tərif edir:
Ola bilərmi bu insanlar ki qərizələrin və çöl təhrikatın altında qərar tapıb və ona qullanıblar, özgürlüyə əl tapmış olalar? Və necə ola bilər insan bütün bu təhrikatın altında özünü buluğa(yetginlik) yetirib və toplumu dəyişə. “Əya kə nəbüd-ü...” ayəsini belə təhlil edir: “Keçmişə dayanaraq gələcəkdən qorxmamaq və yanlış əfkarların altında qalmamaq”.

Yusif Kari tanrını nəzərdə alıb və özünə bir böyük cahanbini (dünyagörüşü) tərif edib. Oda budur ki, insanın zatı özgürdür, seçim onun əsil ünsürü və özgürlük onun əsil meyarıdır.

Bir seçim ki onu düz yola yönəldir. Sonda deməliyəm ki, Yusif kari Ərdəbil ETTELAAT qüvvəsini, qəzayi (məhkəmə) sistemini və zindan başçılarını Ərdəbil zindanının qərəntinə sellollarında məhkum edib və onları çökdürübdür.

 

Yusif Kari aclıq aksiyası ilə qaranlıq sellolların içində aydın döyüş aparır.
Evin zindanı, duz günü, 1399-ci ilin dey ayı (şənbə günü,18 yanvar 2021-ci il)
Tohid Əmir Əmini /gunaz.tv/