Ermənistandakı diasporun investisiyaları dondurulmayıb. 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Diaspor İşləri üzrə Baş Komissar Zare Sinanyan bildirib.

Onun sözlərinə görə, müharibədən sonra diaspor nümayəndələri arasında bəzi məyusluqlar var:

“İnsanlar cavab axtarır, bunun necə ola biləcəyini anlamaq istəyirlər. Baxmayaraq ki, hər şey aydındır”.

Z.Sinanyan Hayastan Ümumerməni Fondu ətrafında yaranan səs-küyə toxunaraq qeyd edib ki, hökumət izahlı iş aparmalı, pulun necə və hansı məqsədlə xərcləndiyini təqdim etməli, bütün şübhələri aradan qaldırmalıdır.