Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətə başlaması regionda vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunədir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində “Türkiyənin Cənubi Qafqazda hərbi mövcudluğunun güclənməsindən Rusiya qorxmur?” sualına cavabında bildirib.

O, Ankara ilə regionda hərbi əməkdaşlığın Ağdam rayonunda yanvarın 30-dan etibarən fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulduğunu qeyd edib: “Belə mərkəzin açılmasına regiondakı vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunə kimi baxırıq”.