“Bu muzey mənə xatırladır ki, Azərbaycanın apardığı hərbi əməliyyat necə diqqət çəkicidir. Burdan görünür ki, Azərbaycan necə qətiyyətli, sürətli və minimum mülki itkiyə səbəb olan hərbi əməliyyatlar həyata keçirib”.

Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı deyib.

M. Brayza qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.