Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin 50 il müddətinə ölkə ərazisinə girişinə qadağa qoyulması haqqında qərar qəbul edib.

Nazirlik Qazaxıstan Respublikası vətəndaşı Kuat Axmetovun da Rusiyaya girişini qadağan edib.

Xatırladaq ki, keçmiş səfir İsfəndiyar Vahabzadənin “Youtube” hesabında Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə cavab olaraq səsləndirdi fikirlər birmənalı qarşılanmayıb. Onun çıxışı ictimaiyyətdə müzakirələrə və tənqidlərə səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bununla bağlı açıqlama yayıb. Bildirilib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib.

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə XİN-dən bildirilib.