Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsinə toxunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu əlavə edib.

“Görüşlər planlaşdırılır. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi və növbəti görüşün təşkili barədə razılıq əldə olunub”.

Mirzoyan ATƏT-in Minsk qrupunun regiona yeni səfərinin planlaşdırıldığını da əlavə edib.