Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin İranın paytaxtı Tehrana səfər edib.

Modern.az xəbər verir ki, Sergey Verşin İran xarici işlər naziri Hüseyn Əmir Abdollahianla görüşüb.

Tərəflər regional, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.

Rəsmilər Suriyada sabitlik üçün rəsmi Tehran və Moskvanın birlikdə çalışmasının əhəmiyyətini vurğulayıb.