“TURKOVAC” peyvəndi ilə bağlı Azərbaycan və Türkiyə rəsmiləri bir araya gələcək.

Bunu Real TV-nin Türkiyə bürosuna Türkiyənin Səhiyyə İnstitunun Direktoru Erhan Akdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə Peyvənd, Biotexnoloji Məhsulların Araşdırma və İstehsalı Müəssisəsinin tikintisinə başlanılıb. 50 min kvadrat metrlik ərazidə inşa edilən Peyvənd, Biotexnoloji Məhsulların Araşdırma və İstehsalı Müəssisəsi paytaxt Ankarada yerləşəcək. Nəhəng müəssisə 2022-ci ildə təhvil veriləcək.

Türkiyə Səhiyyə İnstitunun direktoru əlavə edib ki, müəssisənin Azərbaycanla əməkdaşlığı da planlar arasındadır.