Nizami Gəncəvini Azərbaycandan kənarlaşdırmağa cəhdlər hər zaman olub və gələcəkdə də olacaq. Çünki Nizami ilə Azərbaycan daha böyük görünür.

Bunu akademik Rafael Hüseynov “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda AMEA Rəyasət Heyətinin Xüsusi iclasında çıxışı zamanı deyib.

"Nəvai qeyd edir ki, dövrünün bütün şairlərini tərəzinin bir gözünə və Nizamini də digər gözünə qoysaq, onun olduğu tərəf daha ağır gələr. Nizami ilə bağlı mübarizələri mütləq davam etdirməliyik. Bir müddət əvvəl "Viktoriya və Albert" muzeyi böyük mütəfəkkirimizi fars şairi kimi təqdim etməklə yanaşı, Xosrov və Şirin poeması ilə bağlı elektron məlumatda isə Şirini Ermənistan şahzadəsi kimi təqdim etmişdi. Mən artıq bununla bağlı məktubu UNESCO və Xarici İşlər Nazirliyinin xətti ilə muzey rəhbərliyinə göndərmişəm. Düşünürəm ki, qısa bir müddətdə buna bir cavab gələcək", - R.Hüseynov bildirib.