Türk Dövlətləri Təşkilatı (TDT) əlaqələrini daha da gücləndirməlidir.

Bunu Türkiyə Prezident Administrasiyasından TurkicWorld-a bildiriblər.

“Türk Dövlətləri Təşkilatının əlaqələrinin möhkəmlənməsi ilk növbədə xalqlarımızın maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı gələcəkdə də təşkilata üzv olan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın aktivləşməsi nəzərdə tutulur”, - deyə administrasiyadan bildiriblər.

Qeyd edək ki, bu gün TDT-yə sədrlik edən Türkiyənin təklifi ilə təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclas keçiriləcək.

Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.