Son zamanlar Azərbaycan-Rusiya münasibətləri fəal inkişaf edir.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Ötən il həyata keçirilmiş qarşılıqlı səfərlərə toxunan səfir qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri xüsusilə regionda münaqişənin həllindən sonra daha da fəallaşıb. Onun sözlərinə görə, bu əlaqələrin əsas hərəkətverici qüvvəsi iki ölkənin dövlət başçıları arasında qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

Diplomat, həmçinin qeyd edib ki, 2022-ci ildə ikitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq, hazırda bununla əlaqədar tədbirlər planı hazırlanır.