|   
	Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq. 
	Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib. 
	Nazir bildirib ki, Bakı-Tbilisi-Qars ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır: 
	“Hazırda bu marşrutla yük daşımalarının həcmi ildə 6 milyon ton, sərnişin daşımaları 1 milyon nəfərə bərabərdir”. 
	  |