AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Akkord”un pauerliftinq üzrə idmançısı dünya çempionu olub
22/11/2014 Yazdır

ABŞ-ın Florida ştatının Mayami şəhərində “WPC” versiyası üzrə pauerliftinq üzrə dünya çempionatı başa çatıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan komandası bu yarışlarda uğurla çıxış edərək altı qızıl və bir gümüş medal qazanıb.

Yarışda Rüstəm Musayev (75 kq), Hafiz Verdiyev (110 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılardan Rüfət Ağayev və Hafiz Verdiyevin də mütləq dərəcədə dünya çempionu olduğu turnirdə Müşviq Ağayev (67,5 kq) gümüş medal qazanıb. Qızlar arasında keçirilən yarışda Günel Talıbova (56 kq) və Sara Abbasovanın (75 kq) qələbəsinə sevinən komanda üzvləri Bakıya qayıdıblar.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında milli pauerliftinqçi Sara Abbasovanın çalışdığı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndələri böyük təntənə ilə qarşılayıblar. Qalib komandanın bütün üzvlərini təbrik edən “Akkord”çular xanım idmançılara gül-çiçək dəstələri hədiyyə ediblər.

Mərasimdə korporasiya rəhbərliyinin nümayəndəsi Eyyub Məmmədov idmançılar qarşısında çıxış edib. Korporasiyanın hər zaman ölkəmizdə idmanın inkişafına dəstək verdiyini vurğulayan E.Məmmədov “Akkord” kollektivinin ölkəmizin bayrağının ən uca zirvələrdə dalğalanması üçün istənilən təşəbbüsə sevinclə qoşulduğunu bildirib.

S.Abbasova da ona bu qayğını və dəstəyi daim hiss etdirən, müxtəlif yarışlarda iştirakı üçün ona həm maddi, həm də mənəvi dəstək olan doğma “Akkord” kollektivinə minnətdarlığını ifadə edib.

Mərasimdə Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Beynəlxalq konqresdə 2017-ci ildə pauerliftinq üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildiyini bildirib. Əksər ölkələrin nümayəndələrinin Azərbaycanın namizədliyinə səs verməsinin sevincini yaşayan natiq bütün bunların ölkəmizdə həm dövlət, həm də “Akkord” kimi güclü özəl sektor nümayəndələrinin idmana və idmançılara göstərdikləri qayğının dünyada hamıya məlum olması ilə əlaqələndirib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8303
 GBP :  2.1341
 TRY :  0.0526
 EUR/USD :  1.0766
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft