Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib. 
	Bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 
	Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər. 
	Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və “Johnson&Johnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb. 
	İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib. 
 
 |