AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Güney azərbaycanlı jurnalist xanım "Sepah" tərəfindən həbs edilib  •   Xətainin heykəli köçürüldü   •   Bakıda koronavirus şübhəsi ilə 5 iranlı xəstəxanaya yerləşdirildi  •   Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür  •   Azərbaycanda erkən nikahlarla bağlı REKORD göstərici - 5138  •   Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb  •   İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb  •   Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir  •   Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub  •   Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq - Fuad Muradov  •   İran nüvə razılaşmasını tərk etdi  •   Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  •   İzmirdə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib – Foto  •   Türkiyədə ölən azərbaycanlı tələbə məşhur musiqiçinin nəvəsidir - Foto  •   İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib  •   Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb  •   ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı  •   “21 Azər Hərəkatı"nın 74-cü ildönümüdür  •   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  •   Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda erkən nikahlarla bağlı REKORD göstərici - 5138
02/03/2020 Yazdır

MDB statistika qurumu üzv dövlətlərdə dayanıqlı inkişafa dair müqayisəli statistik hesabat açıqlayıb.

Bu barədə şərh verən iqtisadçı Rövşən Ağayev qurumun məlumatına əsasən bildirib ki, Azərbaycan 15-19 yaşlı gənc qızlar arasında doğuşa görə MDB ölkləri arasında birinci yerdədir:

“Belə ki, Azərbaycanda 15-19 yaşlı hər 10 000 nəfər qadına düşən doğuşların sayı 2018-ci ildə 442 olub. Bizdən sonra Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 239 və 359 göstəricisi ilə ilk üçlüyü tamamlayır. Ümumilikdə, Ukraynanı saymasaq, 10 MDB üzvündən 8-i üzrə məlumat əlçatandır. Ən aşağı göstərici Belarus, Rusiya və Ermənistandadır (hər 10000 nəfər 15-19 yaşlı qadına 116-189 doğuş). Bizim göstərici bu 3 ölkədəki göstəricidən yüksəkdir. Bu fakt qızların təhsildən yayındırılmasının və yüksək təhsil karyerası qurması ilə prespektivlərin qiymətləndirilməsi baxımından vacib göstəricidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandırıb.

A.Veysəlova bildirib ki,  ölkədə erkən nikahların qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:

“Göstəricilər 15-17 yaş qrupu arasında 1,5%, 18-19 yaş qrupu arasında 8,0%, 20-24 yaş qrupu arasında 37,7%, 25-29 yaş qrupu arasında 32,1%, 30-34 yaş qrupu arasında 14,8%, 35-39 yaş qrupu arasında 4,8%-dir. Bu rəqəmlər də onu deməyə əsas verir ki, doğulan uşaqların sayı əsasən 20-24 və 25-29 yaş qrupundan olan qadınların payına düşür. Müvafiq yaş qruplarında olan hər 1000 qadına düşən diri doğulanların sayı 15-19 yaş qrupu üzrə 44,2-dir. Bu isə o deməkdir ki, 2018-ci ildə 15-19 yaş qrupu üzrə qadınlar tərəfindən diri doğulanların xüsusi çəkisi 9,5 %-dir”.

Komitə rəsmisi qeyd edib ki,  Azərbaycanda nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir:

“Lakin üzürlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanları tərəfindən 1 yaş azaldıla bilər. Ölkədə qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində kifayət qədər iş aparılır, bu, ilbəil daha da gücləndirilir”.

 2018-ci ilin göstəricisi: 2129

A.Veysəlovanın sözlərinə görə, Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub:

“Həmin dövrdə belə qızların sayı 5138 idisə, Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin aparılması nəticəsində 2012-ci ildən bu göstəricinin azalmasını müşahidə edirik. 2018-ci ildə bu rəqəm 338 olub.

Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub.

Nikaha daxil olanların orta yaş həddini nəzərdən keçirsək, görərik ki, əgər 2000-ci ildə nikaha daxil olan kişilərin orta yaş həddi 28,4 idisə, 2018-ci ildə bu göstərici 29 olub. Müvafiq olaraq nikaha daxil olan qadınların orta yaş həddi 2000-ci ildə 23,6, 2018-ci ildə isə 24,3 olub. Buradan da belə bir nəticəyə gəlmək olar ki, hazırda qadınlar və kişilər özlərini cəmiyyətdə təsdiq etdikdən və ya hər hansı bir sahədə müəyyən yer tutduqdan sonra ailə qurmağa üstünlük verirlər. Digər MBD ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik artım müsbətdir. Məsələn Rusiyada artıq son iki ildir ki, demoqrafik artım mənfidir. Ermənistanda və Belarusda da eyni vəziyyətdir”.


+ Benzer Haberler
» Güney azərbaycanlı jurnalist xanım "Sepah" tərəfindən həbs edilib
» Xətainin heykəli köçürüldü
» Bakıda koronavirus şübhəsi ilə 5 iranlı xəstəxanaya yerləşdirildi
» Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür
» Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
» İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb
» Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir
» Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub
» Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq - Fuad Muradov
» İran nüvə razılaşmasını tərk etdi
» Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
» İzmirdə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib – Foto
» Türkiyədə ölən azərbaycanlı tələbə məşhur musiqiçinin nəvəsidir - Foto
» İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib
» Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb
» ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı
» “21 Azər Hərəkatı"nın 74-cü ildönümüdür
» Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
» Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
» “Təhlükəsizlik qüvvələri etirazçıların əhalinin kasıb təqəbəsindən olduğunu etiraf edirlər”


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.874
 GBP :  2.1055
 TRY :  0.2569
 EUR/USD :  1.1024
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft