AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Gördüyümüz tək şey xarabalıqlar idi  •   Umud Şükri: İran nüvə sazişinin şərtlərini qəbul etsə də, bu müvəqqəti olacaq  •   “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”  •   Cəlal Rövşən: Bu əməliyyatlar Türkiyə Cümhuriyyətinin qanunları və mənfəətləri çərçivəsində  •   Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir   •   Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb  •   “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb  •   Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb  •   İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı  •   Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək  •   İran Azərbaycanında türkcə kitab paylama kampaniyaları davam edir  •   Yerevan Bakının şərtlərini qəbul etdi: Naxçıvan dəhlizi AÇILIR  •   Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrə qarşı müharibə aparıblar - Deputat  •   Güneyli milli fəal Yaşar Piri həbs edilib  •   Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR  •   Təbrizli millət vəkili prezidentliyə namizəd ola biləcəyini inkar etmir  •   Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb  •   Azərbaycan-Türkiyə-Gürcüstan platforması müharibəyə qədər olduğu şəkildə davam edəcək   •   Azərbaycan daha bir ölkə ilə hava sərhədlərini açır  •   ABŞ-ın daha bir şəhərinin meri Xocalı soyırımı ilə bağlı qərar verdi  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
18/01/2021 Yazdır

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Nazirlər Kabinetindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilib:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.


+ Benzer Haberler
» Gördüyümüz tək şey xarabalıqlar idi
» Umud Şükri: İran nüvə sazişinin şərtlərini qəbul etsə də, bu müvəqqəti olacaq
» “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
» Cəlal Rövşən: Bu əməliyyatlar Türkiyə Cümhuriyyətinin qanunları və mənfəətləri çərçivəsində
» Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir
» Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
» “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
» Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
» İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
» Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək
» İran Azərbaycanında türkcə kitab paylama kampaniyaları davam edir
» Yerevan Bakının şərtlərini qəbul etdi: Naxçıvan dəhlizi AÇILIR
» Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrə qarşı müharibə aparıblar - Deputat
» Güneyli milli fəal Yaşar Piri həbs edilib
» Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
» Təbrizli millət vəkili prezidentliyə namizəd ola biləcəyini inkar etmir
» Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb
» Azərbaycan-Türkiyə-Gürcüstan platforması müharibəyə qədər olduğu şəkildə davam edəcək
» Azərbaycan daha bir ölkə ilə hava sərhədlərini açır
» ABŞ-ın daha bir şəhərinin meri Xocalı soyırımı ilə bağlı qərar verdi


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  2.0661
 GBP :  2.3748
 TRY :  0.2298
 EUR/USD :  1.2154
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan 44 günlük savaşın sonuçlarını doğru okuyabilecek mi?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft