AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda uşaqlara qarşı cinayət - 266 nəfər məsuliyyətə cəlb olunub
21/11/2019 Yazdır

Bu ilin ilk 9 ayında Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı 159 cinayət törədilib.

Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub:

"Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə 38 fakt az olub. Erkən nikahlar kifayət qədər aktual olduğu üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanaraq yerli orqanlara göndərilib".

Nazir müavini həmin göstərişlərin icrasının daim nəzarətdə saxlanıldığını qeyd edib: "İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur.

Yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlamalar keçirilib. Bununla yanaşı, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft