|   
	İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir. 
	Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib. 
	A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı elan edilməsi idi: 
	“Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda "yumşaq güc"lə qayıdıb”, - deyə A.Kərimov bildirib. 
	O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub: 
	“Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, - deyə nazir bildirb. |