AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : “Qarabağ müharibəsi bölgədə İranın nüfuzunu, daxildə isə İran millətçiliyini itkiyə uğratdı”  •   Erməni lobbisi Fransa parlamentini uşaq bağçasına çevirib - Hulusi Kılıç   •   Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərində olublar  •   Ombudsman azərbaycanlı hərbi əsirlərin sağ olduğunu TƏSDİQLƏDİ  •   Nobel mükafatçısı valideyinlərini itirmiş Xədicəyə yardım ayırdı  •   Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Erməni siyasətçi  •   Qızıl Xaç Komitəsindən azərbaycanlı hərbi əsirlərlə bağlı AÇIQLAMA  •   Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib  •   Ağdam erməni vandalizmindən əvvəl və sonra - Foto  •   Ağdamın azad edilməsi ilə Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı  •   Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb  •   Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb  •   Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...  •   “Beynəlxalq sərhədlərdə hər hansı bir dəyişiklik olmayacaq”  •   Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 1.3 trilyon dollara yaxın ola bilər  •   DAK "Zəfərin mübarək can Azərbaycan” adlı tədbir keçirdib  •   İran Parlamentinin azərbaycanlı deputatı Qarabağa görə İran XİN-ni tənqid edib  •   Azərbaycanda Milli Dirçəliş Günüdür  •   İranda Qarabağ şənliklərində iştirak edənlər həbs edilir  •   Moskvadan Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə REAKSİYA  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bacılarımızın gəlinliyi, şəhidlərimizin son örtüyü, dalğa- dalğa bayrağım!
09/11/2020 Yazdır

Ey cümhuriyyətdən yola çıxan, Fətəli Xan Xoyski ilə millətimizi  salamlayan, Ulu öndər Heydər Əliyevlə dünyada tanınan, Ali Baş komandan, sərkərdə Heydər oğlu  İlhamla Qarabağda dalğalanan üç rəngli, ay ulduzlu qəhrəmanlıq dastanı- Azərbaycan Bayrağı! Bayramın mübarək!

Bəşər tarixinin ən qədim və ən fəzilətli hisslərindən biri şübhəsiz vətən, millət və bayraq sevgisidir. Tarix boyu vətənimiz  xalqımızın canından belə əziz bildiyi  yeganə müqəddəs sərvəti olmuşdur. Millətimiz  yaşadığı müxtəlif coğrafiyaları  milli kimlik, mədəniyyət və sivilizasiya dəyərləri ilə, yeddidən yetmişə insanları arasında qurduğu sevgi və ruhla birliyi ilə vətənləşdirmişdir. Vətən və millət sevgisi xalqımız  üçün sarsılmaz bir inama çevrilmişdi. Bu baxımdan milli  kimliyimiz  və mədəniyyətimizin  ayrılmaz bir hissəsi olan bayrağımız  həmrəyliyimizin və  müstəqilliyimizin  ən mənalı və vacib elementi olmuşdur. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun". 

Bu bir həqiqətdir ki, türk övladı Vətənini, millətini, bayrağını sevir və sevəcək... 

Xatırladaq ki,  Azərbaycan Respublikasının  Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilib və qaldırılmışdı. 1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

Məhəmməd Əmin Rəsulzadənin qurduğu Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.  Həmin qərarda yazılmışdı: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. "

Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən  9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. "

ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”. 

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. 

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.

Rus imperiyası 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin sessiyaya sədrlik edən Heydər Əliyev deyirdi: “... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin...”

Qeyd olunur ki, bu qərarın qəbulundan sonra üçrəngli bayraq zala gətirildi, beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üçrəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çeviridi. 5 fevral 1991-ci ildə isə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi.

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 1995- ci il 12 noyabrda qəbul olunan Azərbaycan Respublikası   Konstitusiyasının 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Artıq bayrağımız  respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində çoxdan ucalmağa başlamışdı, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirirdi.

Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünürdü. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəs idi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi  qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsi idi.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı zamanı  dövlətimizin başçısı həmin mərasimdəki tarixi nitqində deyirdi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır! O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!". Bu kəlamlar Ulu Öndərin ideyalarına sadiqliyin ifadəsi idi.

Ulu öndər 30 il əvvəl belə demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik...” Ulu öndərin söylədiyi bu fikir ötən müddət ərzində hamımızı  həmişə düşündürdü. Düşündük ki, bu çağırış nə vaxtsa görən xalqımızı ayağa qaldıracaqmı?! Doğrudur, zaman- zaman ümidsizliyə qapılsaq da hər birimizin inandığı bir şey var idi. Ulu öndər oğluna inanırdı. “Мян она юзцм кими инанырам” deyirdi. Bu söz xalqımızın Qarabağla bağlı ümidlərini canlı tuturdu, hər birimizin qəlbində təskinlik, sakitlik yaradırdı.

Ulu öndər ! Ruhun şad olsun, bu  gün oğlun komandanlıq etdiyi  şanlı ordumuzla - igidlərimizlə   dünyanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə adların yazırlar. Bu gün sevdiyin, dəyər verdiyin müqəddəs bayrağımız, uğrunda minlərlə şəhid verən Vətənimizin qürur mənbəyinə çevrilib. Ulu öndər ! Artıq rahat uyu məkanında, nigaran qalma Şuşadan, Qubadlıdan, Laçından , Zəngilandan , Cəbrayıldan, Fizulidən, Ağdamdan, Kəlbəcərdən, nigaran qalma qara bəxtli Xocalıdan...Üç rəngli, ay-ulduzlu  bayrağımız  Qarabağda nazlı- nazlı  dalğalanır. Ulu öndər ! Biz məhv olmadıq... Biz bütün dünyaya sübut etdik gücümüzü , birliyimizi. Bu gün şəhidlər verir xalqımız torpaq uğurunda, hər gün qara buludlar  qaralatsa da şəfəqimizi, yolumuza mehmandar hilalimiz var bizim. Gur çıxsa nə olacaq ki,  düşmənimizin  bəyquş səsi, göy qübbəyi titrədən  əzanımız, dalğalandıqca qəlbimizi titrədən bayrağımız var bizim! 

Torpağım üstünə kölgələr salan

Bu bayraq üstündə şəhid qanı var

Üçrəngli bayrağım durma dalğalan

Biz tarixə yazdıq gör necə  dastan!

 

Şəlalə Quluzadə 

Ədliyyə Akademiyasının 

baş müəllimi, 

kiçik ədliyyə müşaviri /modern.az/


+ Benzer Haberler
» “Qarabağ müharibəsi bölgədə İranın nüfuzunu, daxildə isə İran millətçiliyini itkiyə uğratdı”
» Erməni lobbisi Fransa parlamentini uşaq bağçasına çevirib - Hulusi Kılıç
» Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərində olublar
» Ombudsman azərbaycanlı hərbi əsirlərin sağ olduğunu TƏSDİQLƏDİ
» Nobel mükafatçısı valideyinlərini itirmiş Xədicəyə yardım ayırdı
» Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Erməni siyasətçi
» Qızıl Xaç Komitəsindən azərbaycanlı hərbi əsirlərlə bağlı AÇIQLAMA
» Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
» Ağdam erməni vandalizmindən əvvəl və sonra - Foto
» Ağdamın azad edilməsi ilə Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı
» Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb
» Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb
» Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
» “Beynəlxalq sərhədlərdə hər hansı bir dəyişiklik olmayacaq”
» Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 1.3 trilyon dollara yaxın ola bilər
» DAK "Zəfərin mübarək can Azərbaycan” adlı tədbir keçirdib
» İran Parlamentinin azərbaycanlı deputatı Qarabağa görə İran XİN-ni tənqid edib
» Azərbaycanda Milli Dirçəliş Günüdür
» İranda Qarabağ şənliklərində iştirak edənlər həbs edilir
» Moskvadan Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə REAKSİYA


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  2.0137
 GBP :  2.2658
 TRY :  0.2153
 EUR/USD :  1.1845
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft