AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakıda 25 manatlıq fahişələr: əxlaqsız qadınlar qurbanlarını tora salır
04/04/2014 Yazdır

Bakıda əxlaqsızlıqla məşğul olan qadınların “yuvası” açıq-aşkar reklam olunur. 
 

ANS-in məlumatına görə, fahişə qadınlar özlərini sosial şəbəkələr vasitəsilə reklam edərək, intim xidmət göstərməsi barədə məlumatlar yerləşdirirlər. 
 

“Odnoklassniki.ru” saytı vasitəsilə fahişə qadınlar xidmət təklif edir və öz müştərilərini görüşə çağırır.

Kişilər həmin qadın profilindəki nömrələrə zəng edir, telefona cavab verən qadınlar onlara zəng edən qurbanlarına görüşmək üçün Səməd Vurğun parkının yanına gələrək onlara yenidən zəng vurmağı deyirlər. Oraya gələn "qurban" yenidən zəng vurub orada olduğunu bildirdikdən sonra S.Vurğun Parkından bulvara gedən istiqamətdə (təxminən 100 metr) "Anadolu" adlı restoranın yanına gəlməyi bildirirlər. Buraya da gəldikdən sonra "Anadolu" restoranı ilə üzbəüz, yolun əks tərəfində yerləşən gül-çiçək dükanının sağ tərəfində yerləşən zirzəminin çıxışında dayanan və telefonla "qurban" ilə danışan qadın kişini zirzəmiyə dəvət edir. Zirzəmi diskoteka kimi bir yerdir, içəridə mahnı qoşulub, qaranlıq yerdir və hərəkət edən və sayrışan rəngli işıqlarla təchiz olunub, amma bir az səliqəsiz və köhnə təmirlidir.

"Qurbanı" içəriyə aparan qadın onu hər iki tərəfdə yalnız 2 nəfərin əyləşməsi mümkün olan 4 nəfərlik masalardan birinə əyləşərək bir qədər gözləməyi bildirir. Bu zaman "qurbana" arxa tərəfi zirzəminin giriş qapısına olan yeri təklif edir, üzbəüzdə olan iki yerin birində başqa qadın yoldaşı ilə özü əyləşmiş olur ki, "müştəri" onun yanında əyləşə bilməsin. Beləliklə "müştəri"nin xəbəri olmadan zirzəminin giriş qapısını içəridən bağlayırlar. Onlarla bir masada əyləşdikdən sonra ilk sual bu olur: "Siz haralısınız? Bakılı deyilsiniz ki?". 

Bundan sonra saytda göstərilən "25" manatı "qurbanın" əvvəlcədən ödəməsini bildirir və həmin pulu alırlar. Bu əsnada qadınlardan biri ofisiantı çağıraraq özünə və yanında əyləşən xanıma nə isə sifariş edir. Sonra ofisiant xanım iki qədəh içki, içərisində çips və fıstıq olan boşqab gətirib qadınların qabağına qoyur. Bundan sonra "qurban"la üzbəüz əyləşən digər qadın ofisiantı çağıraraq bu dəfə də özü içki sifariş verir və içki gətirilir. Təxminən bir dəqiqədən sonra qurbanı qapı ağzında qarşılayaraq içəriyə dəvət edən qadın ayağa qalxaraq qurbana arxasınca gəlməyi bildirir və diskotekanın içərisində yerləşən, bar adlanan piştaxtaya yaxınlaşır və qurbanın da yaxınlaşmasını bildirir.

Piştaxtaya yaxınlaşdıqda arxada dayanan başqa bir qadın qurbana kağız üzərində əl ilə yazılmış, heç bir kassa çeki olmayan hesab təqdim edir. Ona çox böyük məbləğdə borcu olduğunu bildirir. Bundan sonra qurban ilk öncə nə baş verdiyini anlamadığına görə bu hesabı nə üçün ödəməli olduğunu soruşur. Ona bildirirlər ki, bu sifarişləri sizinlə bir masada əyləşən xanımlar veriblər və buna görə hesabı siz ödəməlisiniz. Qurban etiraz etdikdə isə, təxminən 180 sm boyu olan, 27 yaşlarında, qara puloverli oğlan qurbana yaxınlaşaraq hədələyir, pulu ödəməyəcəyi təqdirdə onu əzişdirəcəyini bildirir.

Bundan sonra idmançı bədənli, təxminən 170 sm boyu olan, 32 yaşlarında, ağ pulover geyinmiş başqa bir oğlan qurbana yaxınlaşaraq qurbanın haralı olduğunu soruşur, yumruqlarını sıxıb daha şiddətli şəkildə qurbanı hədələyərək təkidlə içəridə yerləşən başqa bir otağa keçməyi bildirir. Bu hadisələr baş verən zaman piştaxta arxasında olan təxminən 35 yaşlarında, 170 sm boyu olan bir kişi ortaya çıxaraq onlara dəstək olur. 

Bundan sonra yaşlı kişi yaxınlıqda yerləşən stola əyləşərək qurbana öz yanında əyləşməsini bildirir və söz verir ki, ona heç nə etməyəcək. Qurban kişinin yanında əyləşdikdən sonra kişi qurbana bildirir ki, uydurma hesabın nə qədərini ödəyə bilərsənsə, ödə. Qurban canını oradan salamat qurtarmaq üçün razılaşaraq üstündə olan pulları onlara verir. Bundan sonra qurbana getməyə icazə verirlər və bildirirlər ki, polisə əbəs yerə özünü yorub xəbər vermə, çünki biz özümüz də polislərlə əlbir işləyirik. Diskotekaya bənzəyən həmin zirzəmidə çol tərəfin görüntüsünü göstərən monitor quraşdırılıb ki, içəriyə polis gələrsə, əvvəlcədən xəbərləri olsun.

Hesab edirəm ki, bu dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb etmək üçün mülki geyim geyinmiş və lazımi texniki qurğularla (gizli kamera, diktofon və s.) təchiz olunmuş hüquq-mühafizə orqanının nümayəndəsi "odnoklassniki.ru" sosial şəbəkəsində olan və yuxarıda qeyd etdiyim web ünvanlarda yerləşən telefon nömrəsi ilə əlaqə saxlayaraq sadə vətəndaş kimi qadınlarla danışıb onların dəvətindən sonra sözügedən zirzəmiyə gedib onlara əvvəlcədən nişanlanmış pul əskinasları verərək cinayət məsuliyyətinə cəlb edə bilər, zənnimcə, əks təqdirdə onları törətdikləri soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək çətin olar. 

Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsi və qeyd olunan əraziyə nəzarət edən 9-cu polis bölməsinə müraciət etdik. Səbail rayon Polis İdarəsindən məlumat verdilər ki, bununla bağlı onlara şikayət daxil olmayıb. İdarədən deyilən ünvanın qeyd olunduğunu və məsələ ilə bağlı polislərin maraqlanacağı bildirildi.

Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən verilən məlumata görə, məsələ ilə bağlı mütləq araşdırma aparılacaq. Hətta bölmədən bildirildi ki, əgər məsələ ilə bağlı hansısa əməliyyat keçirilərsə, jurnalistlərimizlə əlaqə saxlanılacaq.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9807
 GBP :  2.2825
 TRY :  0.0413
 EUR/USD :  1.1651
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft