Gürcüstan daxili işlər nazirliyi Azərbaycandan gələrək Türkiyəyə doğru istiqamət götürmüş yük maşınında 2,79 ton maye heroin aşkarlayıb.
ANS-in məlumatına görə, əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib.
Bu, Gürcüstan ərazisində tutulmuş ən iri narkotika partiyasıdır.
Yük maşınından 93 ədəd 30 litrlik heroin çəlləyi düşürülüb.
Əldə edilən məhsulun 80%-i təmiz heroindir.
Malın bazar qiyməti yüz milyon dollarlarla ölçülür.
|