AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Çingiz Qənizadə Astan Şahverdiyevin əvəzinə ÜZR İSTƏDİ
27/12/2016 Yazdır

Deputat Astan Şahverdiyevin “Azadlıq” radiosuna verdiyi müsahibədə Rusiyada işləyən azərbaycanlıları aşağılayaraq, onları “otxod” adlandırması cəmiyyətdə etirazla qarşılanıb. 

Deputatın Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı etiraz etmələrinə kobud yanaşması, onları sərxoş və narkoman adlandırması da ona mənfi imic qazandırıb.

İş o yerə çatıb ki, hətta Astan Şahverdiyevin səsləndirdiyi fikirləri Milli Məclisdəki həmkarları da qınayıblar.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında həmkarının səsləndirdiyi fikirlərə  etirazını bu formada bildirib.

“Astan Şahverdiyevin səsləndirdiyi fikirlərlə bağlı iki məqama  münasibətimi bildirmək istərdim. Birincisi, Biləsuvarda baş verən hadisələrlə bağlı Astan müəlllim qeyd edir ki, “hakimiyyətdən narazı bir qrup insanlar var” və sairə. Qeyd edim ki, mətbuatdan əldə etdiyimiz məlumatlara görə, oradakı insanlar dövlətə, dövlətçiliyə sadiq insanlardır. Sadəcə, kommunal xərclərə görə  baş verən müəyyən problemlə bağlı etirazlarını bildiriblər. Etirazlarını bir az emosional formada bildiriblər.

Təbii ki, buna hüquqi qiymət veriləcək. Amma ora toplaşan bütün insanları dövlətə, hakimiyyətə qarşı çıxan kimi qələmə vermək yolverilməzdir.  İkincisi, ən böyük qüsur  Rusiyada, eləcə də, dünyanın hansısa ölkəsində işləyən insanlarımızı kobud formada qələmə verməkdir.

Rusiyada yaşayan onlarla, yüzlərlə insan tanıyıram. Onların içində çoxsaylı dostlarım, qohumlarım var. İqtisadi problemlərlə bağlı daha çox qazanc əldə etmək məqsədilə Rusiyaya gediblər və Azərbaycan dövlətini, dövlətçiliyini cənab prezidentimizin siyasi xəttini də dəstəkləyirlər.

Yeri gələndə, orada cəmiyyətlər, təşkilatlar, mədəniyyət mərkəzləri  yaradıb, fəaliyyət göstərirlər. Ölkə ilə bağlı tədbirlər keçirirlər. Bu insanların içərisində ali təhsilli, savadlı ziyalılarımız var. Lazım gələndə ailəni saxlamaq üçün onlar ticarətlə də məşğul ola bilərlər. Burada qəbahət heç nə yoxdur”.

Çingiz Qənizadənin sözlərinə görə, şəxs, fikirlərini ifadə edərkən, olduğu vəziyyəti nəzərə almalıdır.
“Əvvəla, biz deputatların olduqca həssas məsələlərdə səhv  etmək ixtiyarı yoxdur. Biz seçilmiş insanlarıq. Ona görə də hər bir kəlməni, ifadəni işlədərkən düşünməliyik ki, bu necə əks-səda verəcək. Eyni zamanda, fikirlərimizi ifadə edərkən, hansı vəziyyətdə olmağımızı da nəzərə almalıyıq. Hansısa bir vəziyyətdə fikirləri qırıq-qırıq, tam olmayan formada ifadə etdikdə ortaya problemlər çıxacaq”. 

Çingiz Qənizadə həmkarının işlətdiyi ifadələrə görə üzr də istəyib.

“Biz xarici ölkələrdə insanların bir qisminin yanacaqdoldurma məntəqəsində çalışdığını, digərlərinin isə  başqa işlə məşğul olduğunu görürük. Araşdıranda məlum olur ki, həmin insanlar ali təhsil alıblar. Çörək qazanmaq üçün halal  yoldan, hansısa vasitədən istifadə edən, ailəsini, balasını dolandırmaq üçün çöllərə düşən insanları cəmiyyətin “otxod”ları adlandırmaq yolverilməzdir.

Mən də deputatam. Bir millət vəkili olaraq soydaşlarımızın bu formada alçaldılmasına görə üzr istəyirəm. İnsanları belə fikirlərlə ifadə etmək olmaz. Vaxtilə Qarabağda döyüşmüş, torpaqlarımızn müdafiəsində can qoymuş gözəl ailələrdən çıxmış, kifayət qədər ləyaqətli, cəsarətli, ziyalı insanlarımız Rusiyada və digər ölkələrdə çalışıb, ailələrini dolandırırlar.

Bir şeyi də nəzərə almaq lazımdır ki, bu insanların orada olması ilə kasıbçılığın aradan qaldırılmasına xidmət edən məqamlar da var. Onlar pul qazanıb ailələrinə göndərirlər. Ona görə də bu cür fikirlərin işlədilməsinə qəti etirazımı bildirirəm. Sonda fürsətdən istifadə edib dünyada yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni il və Həmrəylik bayramlarını təbrik edirəm. Onlara yeniliklər, bol ruzi-bərəkət arzulayıram”.

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcbur köçkün həbs olunub.

Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. 

Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib:

“O saxlanılanlar ən “yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...
…Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.

Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırıb.

"...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft