AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrə qarşı müharibə aparıblar - Deputat
22/02/2021 Yazdır

Ermənistan 44 günlük müharibənin gedişində də, həmin müharibədən sonra da öz xislətini və kimliyini açıq və aydın şəkildə göstərdi. Göstərdi ki, o vəhşidir, barbardır, təxribatçıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, ermənilər o qədər qansız və amansızdırlar ki, mübarizələrini hətta abidələrlə, tikintilərlə də aparıblar:

“Dağıdıblar hər yeri. Viran qoyublar hər şeyi. Hələ bir ara xarici işlər nazirləri Ara Ayvazyan utanmadan deyirdi ki, “Şuşa ermənilərin mədəniyyət mərkəzidir”. Təsəvvür edirsinizmi? Məntiqsizliyin, bəsitliyin, sərsəmləmənin həddi görün hansı səviyyədədir. Hərgah, adama sual verən gərək ki, bəs mədəniyyət mərkəzi idisə niyə Şuşanı 30 il boyunca o günə, o hala salmışdınız? Niyə daş üstdə daş qoymamışdınız? Niyə bütün mədəni irsi, mədəni mərkəzləri, tarixi abidələri güllə altına vermişdiniz?

Bu yaramazlar hər şeyi saxtalaşdırıblar. Tarixi, irsi, keçmişi. Hər şeyi! Elə indi də saxtalaşdırmağa davam edirlər. Yenə yalan danışırlar. Yenə riyakarlıq edirlər. Bunlar o qədər vicdansızdırlar ki, minaladıqları sahələrin xəritəsini belə vermirlər ki, qoy qarşı tərəfdən, yəni bizdən daha çox mülki əhali həlak olsun, daha çox itki olsun. Niyə? Çünki mahiyyətləri budur. Çünki, ermənilərin xəmiri təxribatla yoğrulub, təxribat onların canındadır, qanındadır və naqis düşmən əsrlər boyunca, üstəlik müxtəlif mərhələlərdə bu təxribatları həyata keçirib.

İndi də xislətlərinə, xarakterlərinə uyğun olaraq yenidən həmin cəhdləri edirlər. Amma cavablarını da alırlar. Yəni, erməni bundan sonra heç bir zaman törətdiyi təxribatlarla arzuladığı nəticəyə vara bilməyəcək. Səbəb isə sadədir: Birincisi, 44 günlük müharibədə onlar başı üzərində Azərbaycanın dəmir yumruğunu gördü, məhv oldu, kapitulyasiya aktını imzaladı.

İkincisi, Ermənistanın hazırda başı özünə qarışıb. Ölkədə çox ciddi siyasi və iqtisadi gərginlik var. Nə baş nazir nə də hökümət vəziyyəti idarə edəcək imkanda, gücdə deyil. Ağız deyəni qulaq eşitmir, xalqla hakimiyyət arasında bağ, təmas itib.

Hətta xaotik durum o həddə qədər irəliləyib ki, artıq heç bir kadr dəyişikliyi, heç bir populist vəd, heç bir addım Paşinyanın və komandasının köməyinə gəlmir, dadına yetmir. Bundan sonra da yetməyəcək. Və nəhayət, üçüncü məqam: Ermənistan hələ də düz yolu görmür, düz yola gəlmir, düz yolun nə olduğunu fərq etmir. Ona görə daha da geri gedir, günü-gündən daha da rəzil olur, dizini yerə qoyaraq çabalayır, imdad diləyir.

Üstəlik, anlamır ki, bu durumdan qurtulmağın yeganə çarəsi səhvlərdən nəticə çıxarmaq və təxribatlara son verməkdir”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft