Azərbaycan və Türkiyənin münasibətləri bütün sahələrdə prioritet xarakter daşıyır.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib: "Bu regionda bir çox layihələr Azərbaycanı qovşağa çevirib, iki ölkə tranzit mərkəzi olub və biz bu əməkdaşlığı davam etdirəcəyik".
Onun sözlərinə görə, yeni Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatının yaradılması planlaşdırılır: "Belə əməkdaşlıq formatının yaradılması haqqında ilkin razılıq var".
|