AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Qafqazın faşist dövləti- Ermənistan" mövzusunda dəyirmi masa keçirilib.
15/07/2016 Yazdır
"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB - nin təsis etdiyi “İrəvan - 2018” Hərəkatı "Qafqazın faşist dövləti: Ermənistan" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanı giriş sözü ilə açan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB – nin və “İrəvan - 2018” Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin önəmindən bəhs edib və bu tədbirdə qeyd olunacaq məsələlərin vacibliyindən danışıb. O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman mətbuat nümayəndələri ilə görüşəndə jurnalistləri informasiya müharibəsində fəal iştirak etməyə, müdafiədən hücum taktikasına keçməyə çağırır: “Biz də bir təşkilat olaraq, məhz bu missiyanı üzərimizə götürmüşük və imkanlarımız daxilində bu işin öhdəsindən gəlməyə çalışırıq. Elə məhz bu səbəbdən də “BİRA”-nı və “İrəvan - 2018” Hərəkatını təsis etmişik. Düşünürük ki, bu yöndə çalışmalarımızı daha da intensivləşdirək”. 

Daha sonra Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, professor Qafar Çaxmaqlı mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Q.Çaxmaqlı qeyd edib ki, 2004-ci ildə Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş "Qaregin Njdenin Təlimi" kitabı artıq hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. Bundan başqa, bu gün kasıb Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi "milli qəhrəman" Qaregin Njde haqqında çəkilib: “Filmdə ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njdenin 1930-cu illərdə "Tsexakron" (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Eyni zamanda, onun Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxs olduğuna işarə vurulur. Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu "fədakarlığı " təmizə çıxarılır.

Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə veriblər. Njdenin və onun cəfəng "ideologiyasının" ölkəni idarə edən Respublikaçılar Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi erməni toplumunun nə vəziyyətdə olduğunun sübutudur”.

Daha sonra mövzu ətrafında çıxışlar başlayıb. Tədbirdə çıxış edən“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin sədri Mehdi Mehdiyev, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “Eko Ekspert” İB – nin Şəbnəm Rəfailqızı, “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Dünya Azərbaycanlıları Vətənpərvərlər İB-nin sədri Nəsimi Qarabağlı, BSU-nun tarix müəllimi Cavanşir Beydullayev və başqaları çıxış edərək erməni vəhşiliyinin bütün dünyaya çatdırılması baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışıblar.

Sonda “İrəvan - 2018” Hərəkatı tərəfindən professor Qafar Çaxmaqlının ssenari əsasında ingilis dilində hazırlanan “Qafqazın faşiost dövləti: Ermənisrtan” adlı videoçarxı tədbir iştirakçılarına təqdim olunub.
 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft