AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
19/10/2021 Yazdır

İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir.

Bunu Trend-ə Rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı "boz zonalarda" aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir:

"Bu, İraq, Suriya, Livan, Yəməndir. Dünyanın siyasi xəritəsində İranın hərbi-siyasi təsirinin mövcud olduğu nöqtələrin tam siyahısı budur. Son vaxtlara qədər bu siyahıya Qarabağ da daxil idi. Lakin Azərbaycan ötən ilin payızında Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək bu ərazini rəsmi Bakının nəzarətinə qaytardıqdan sonra bu torpaqlar Tehranın "arxa həyəti" olmaqdan çıxıb. Bu da hamımızın şahidi olduğumuz kimi İranın qıcıqlanmasına, hətta "diş qıcamasına" səbəb olmaya bilməzdi".

Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı "boz zona" üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayr-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb. Bir sözlə, Azərbaycan torpaqlarının işğalından özü üçün tam iqtisadi səmərə ilə istifadə edib:

"Ermənistan ötən ilin payızında Azərbaycanla müharibədə məğlub olduqdan sonra, otuz ilə yaxın müddət ərzində yaradılmış, milyardlarla dollar gəlir gətirən bütün kriminal biznes sistemi, demək olar ki, bir anda çökdü və İranın xarici siyasətinin resurs imkanlarına çox ciddi ziyan dəydi. Bununla da Yaxın Şərq və Ön Asiyadakı müxtəlif ölkələrdə hərbiləşdirilmiş qruplar uzun müddət davam edən maliyyə mənbələrindən məhrum edildi".

O.Kuznetsov vurğulayıb ki, İranın son dövrlərdə Azərbaycanla münasibətdə xoşagəlməz addımları barədə hər kəsin məlumatı var: "Eləcə də Prezident İlham Əliyevin təxribatlara, təhdidlərə və güc nümayişinə prinsipial və kəskin reaksiyasını da hər kəs bilir. Azərbaycan bir daha heç vaxt nə quru, nə də su yolu ilə narkotik ticarəti dəhlizi olmayacaq. Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin həm iki ölkə arasında dövlət sərhədində, həm də Xəzər dənizində uğurlu əməliyyatları sübut edir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, dünya "qara bazar"ında 1-2 milyard dollar dəyərində qiymətləndirilən narkotik maddə müsadirə edilib. Aydındır ki, bu miqdarda pulun qanunsuz dövriyyədən çıxarılması İranın Yaxın Şərqdəki proksi-qruplarına sponsorluq etmək qabiliyyətinə ciddi zərbə vuracaq".

Analitikin sözlərinə görə, Azərbaycan gömrükçülərinin Biləsuvarda yarım tona yaxın İran heroinini ələ keçirməsindən sonra başlamış səs-küylü və nümayişkaranə münaqişə vasitəsilə rəsmi Tehran öz proksi qruplarına bildirmək istəyir ki, əvvəlki həcmdə maliyyələşdirmə olmayacaq.

"Yəni ki, Azərbaycanın Ermənistanı darmadağın etməsində, kriminal maliyyələşdirmə kanallarının qarşısını kəsməsində biz günahkar deyilik, günahkarlar İranın ayətulla rejiminin rəhbərliyi altında qlobal radikal birliyə mane olmağa çalışan "sionistlərdir". Bir sözlə, İranın Azərbaycanla davranışının alqoritmi çox sadədir. Azərbaycanla qalmaqal yaratmaq və onun vasitəsilə məsuliyyəti İsrailin üzərinə qoymaq. Lakin fakt budur ki, İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft