AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Müflis olan banklar əmanətləri geri qaytara bilmirlər
03/09/2015 Yazdır

Azərbaycanda bank sistemində vəziyyət qeyri-müəyyəndir, dövlətin isə ağır maliyyə durumu ilə üzləşən banklara yardım etmək imkanları inandırıcı görünmür.

Mərkəzi Bankın nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğv edilməsi ilə bağlı hələ 2014-cü ilin sonunda qəbul etdiyi qərar icra olunmasa da, bankların əksəriyyətinin müflisləşmə təhlükəsi olduqca yüksəkdir. Aydın məsələdir, Mərkəzi Bank həmin bankları müflis elan etməkdən çəkinir.

Çünki bunun bank sektoruna olan inamın azalmasına gətirib çıxara biləcəyini ehtimal edir. Onsuz da problemlər içərisində olan bank sektoru manatın 21 fevral devalvasiyasından sonra daha da ağır vəziyyətə düşüb. Geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin çox yüksək olması bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri geri çəkə bilmirlər.

İqtisadçı Natiq Cəfərov Modern.az saytına deyib ki, bu gün həqiqətən də depozitlərin geri çəkilməsi problemi  yaşanır: “Hazırda “Texnikabank”, Azərbaycan Kredit Bankı, “Bank of Azərbaycan” kimi kommersiya bankları əmanətlərin geri qaytarılmasında çətinlik çəkir. Əslində belə problemin yaranması ehtimalı əvvəldən çox yüksək idi.

Çünki devalvasiyadan sonra kommersiya banklarında olan problemlər kəskin xarakter almışdı. Dövlət və hökumət tərəfindən isə bu problemlərin həlli üçün hər hansı proqram işlənib hazırlanmadı. Bu isə banklarda olan stressli vəziyyətin getdikcə daha da artmasına gətirib çıxardı”.

O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının külli miqdarda xarici borcları var:

“Eyni zamanda, geri qaytarılmayan kreditlərin də həcmi artmaqdadır. Prosesin gedişi bankların vəziyyətinin daha da ağırlaşacağını göstərir. Çox təəssüf ki, bəzən vətəndaşlarımız öz depozitlərini banklarda yerləşdirərkən qanunvericilikdə nəzərdə tutulan qaydalara fikir vermirlər. 30 min manatlıq əmanətlərə, 12 faizlik limiti keçməmək şərti ilə qoyulan depozitlərə avtomatik olaraq dövlət sığortası düşür. Həmin əmanətlər Dövlət Sığorta Fondu tərəfindən sığortalanır.

Banklar bağlanacağı təqdirdə həmin əmanətçilər problem yaşamır və fond vasitəsilə öz əmanətini geri çəkə bilir. Amma çox vaxt insanlar müqavilə bağlayarkən bu kimi məqamlara diqqət etmədən öz depozitlərini bankalara yerləşdirirlər. Bu səbəbdəndir ki, ciddi problemlər yaşanır. Gələcəkdə isə həmin əmanətçilərin problemi daha da çox olacaq”.

Ekspert bildirir ki, əgər əmanətçi depozitin geri çəkilməsində problem yaşayır və sığorta müqaviləsi varsa, bu halda məhkəməyə, həmçinin Dövlət Sığorta Fonduna müraciət edə bilər: “Əslində sığorta müqaviləsi varsa, vətəndaşın əmanətlərinin geri qaytarılmasında problem olmamalıdır.

Bildiyiniz kimi, hazırda bir çox bankın müflis olmaq təhlükəsi çox yüksəkdir. Belə olan halda sığorta müqaviləsi olmayan əmanətlərin geri qaytarılması sual altına düşəcək. Dövlət qurumları özü də sığortası olmayanlara kömək etməkdən imtina edəcək. Məhz həmin əmanətçilərin depozitləri bata bilər”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft