AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Nazim Məmmədov: “Bu şantaj yoludur, mən qulaqkəsən deyiləm”
02/09/2015 Yazdır

Sabiq deputat Nazim Məmmədov Baş Prokurorluğun onun barəsində verdiyi açıqlamaya münasibət bildirib.

O, Modern.az saytına deyib ki, barəsində yazılanlar Rasim Məmmədovun göstərişi ilə Eynulla Fətullayev tərəfindən tirajlanır:

“2012-ci ildən metal istehsalı ilə məşğul olan müəssisələrə hücum təşkil edən şəxs “Baku Steel Company”in rəhbəri kimi göstərilib. Mən Rasim Məmmədovun haqqın.az, virtualaz.org saytında yalan informasiya yaydığına görə Nərimanov rayon Məhkəməsinə müraciət etmişəm.

Bundan əlavə, haqqın.az saytı haqqımda yalan məlumatlar yaydığına görə əvvəlcə özlərinə müraciət etdim ki, təkzib versinlər. Vermədilər, mən də sivil qaydada məhkəməyə müraciət etdim. Saytın rəhbəri Eynulla Fətullayev şantaj yolunu seçib, məhkəməyə təsir etmək və Rasim Məmmədovun piar menecerliyini aparan şəxs olmadığını sübut etmək üçün mənə hücum çəkir. Mən Baş Prokurorluğa bir neçə dəfə müraciət etmişəm. Sonuncu dəfə prokurorluqdan bildirilib ki, bununla bağlı iş başlanıb. Ümid edək ki, qanuni qərarlar qəbul olunacaq.

Nazim Məmmədov hesab edir ki, prezident İlham Əliyev bütün sahibkarlara mənəvi, siyasi dəstək göstərdiyinə baxmayaraq, bir qrup özünü qanundan yüksək tutur: “Onlar cəngəllik qanunları ilə iqtisadiyyata müdaxilə edirlər. Bu da Azərbaycanın iqtisadi imicinə mənfi təsir göstərir”.

O, işlətdiyi ifadənin hətta mətbuatda geniş yayıldığına da diqqət çəkib:

“Jurnalistlər Beynəlxalq Bank qalmaqalından sonra sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirdilər. Onların istifadə etdiyi bir ifadə var: “biznesmenlərin qulaqlarının kəsilməsi”.

Mən qulaq kəsən deyiləm. Üstəlik Facebook sosial şəbəkəsindəki statusumda da var. Orda qeyd etmişəm ki, inhisarçılıq yaradan Rasim Məmmədovun hüquq-mühafizə orqanları tərəfindən “qulağı kəsiləcək”, yəni qanuna tabe olacaq. Dediyimin üstündə də dururam.

Hesab edirəm ki, bu, yazdığım statusdan mənim əleyhimə istifadə edilən bir bəhanədir, əsas məsələdən yayınmaq və şantaj yoludur”.

Sabiq deputat “Baş Prokurorluğun açıqlamasından sonra məsuliyyətə cəlb olunacağınızdan çəkinirsinizmi” sualına cavab olaraq heç nədən narahat olmadığını deyib:
“Biz hüquqi dövlətdə yaşayırıq. Mən qanunu pozacaq hər hansı addım atmamışam. Ümid edək ki, həmin Baş Prokurorluq mənim şikayət ərizəmdə Rasim Məmmədovun qeyd etdiyim bütün əməllərini araşdıracaq”.

Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun sosial şəbəkələrdə etdiyi çağırışlara reaksiya verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər Prokurorluğuna tapşırıqlar verilib.

Nazim Məmmədov sosial şəbəkələrdə “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi (qulağının kəsilməsi) ilə bağlı çağırış edib.

Bu barədə məlumat “haqqın.az” saytında yayılıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft