AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Güney azərbaycanlı jurnalist xanım "Sepah" tərəfindən həbs edilib  •   Xətainin heykəli köçürüldü   •   Bakıda koronavirus şübhəsi ilə 5 iranlı xəstəxanaya yerləşdirildi  •   Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür  •   Azərbaycanda erkən nikahlarla bağlı REKORD göstərici - 5138  •   Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb  •   İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb  •   Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir  •   Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub  •   Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq - Fuad Muradov  •   İran nüvə razılaşmasını tərk etdi  •   Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  •   İzmirdə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib – Foto  •   Türkiyədə ölən azərbaycanlı tələbə məşhur musiqiçinin nəvəsidir - Foto  •   İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib  •   Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb  •   ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı  •   “21 Azər Hərəkatı"nın 74-cü ildönümüdür  •   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  •   Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Noyabr ayı etirazları zamanı yoxa çıxan rejissorun cansız bədəni tapılıb
10/12/2019 Yazdır

İranda bahalığa etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı yoxa çıxan güney azərbaycanlı rejissorun cansız bədəni Həştrudun (Sərəskəndi) 30 kilometrliyində yerləşən Səhənd bəndində tapılıb.

Həştrudlu 25 yaşlı rejissor Əkbər Kərimi Əslin cəsədi üzərində işgəncə izləyi aşkar edilib.

Gənc rejissor noyabrın 17-də Təbrizə səfər etmək məqsədi ilə evdən çıxıb, sonra onunla bağlı heç bir xəbər olmayıb.

Əkbər Kərimi Əsl bir neçə qısametrajlı film çəkib. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənc rejissor türk dilində kurslar da təşkil edib.

Mərhumun ailəsi onun saxlandığını düşünərək təhlükəsizlik qüvvələrinə bir neçə dəfə müraciət ediblər. Lakin rejissorun cansız bədəni yoxa çıxdıqdan iki həftə sonra dekabrın 2-də Səhənd bəndində tapılıb. Hökumət rəsmiləri onun su bəndində boğulduğunu bildirib. Lakin mərhumun üz nahiyyəsində olan işgəncə izləri məsulların iddiasının yalan olduğunu sübut edir. Həmçinin soyuq hava şəraitində kimsənin suda çimməsi və ya balıq tutmağa getməsi faktı da inandırıcı deyil.

Qeyd edək ki, bu günə qədər son etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən güney azərbaycanlılardan 15-nin kimliyi müyyən edilib:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)

 Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb./gunaz.tv/


+ Benzer Haberler
» Güney azərbaycanlı jurnalist xanım "Sepah" tərəfindən həbs edilib
» Xətainin heykəli köçürüldü
» Bakıda koronavirus şübhəsi ilə 5 iranlı xəstəxanaya yerləşdirildi
» Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür
» Azərbaycanda erkən nikahlarla bağlı REKORD göstərici - 5138
» Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
» İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb
» Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir
» Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub
» Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq - Fuad Muradov
» İran nüvə razılaşmasını tərk etdi
» Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb