Modern.az saytı 2016-cı ilin əsas hadisəsini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb.
“2016-cı ilin əsas hadisəsi nə oldu?” adlı sorğuda 5 mindən çox oxucu iştirak edib.
Respondentlərin böyük əksəriyyəti 2016-cı ilin əsas hadisəsi kimi “Aprel döyüşləri”nə səs verərək, onu 1-ci yerə çıxarıblar.
Oxucularımız manatın daha da dəyərdən düşməsini 2016-cı ilin əsas səs-küylü 2-ci hadisəsi kimi göstəriblər.
Sorğunun nəticələrinə görə, 2016-cı ilin 3-cü əsas hadisəsi Xəzərdə neftçilərin itkin düşməsi olub.
Sorğu aşağıdakı nəticələrlə yekunlaşıb.
Azərbaycanda 2016-cı ilin əsas hadisəsi nə oldu?
Neftin kəskin ucuzlaşması (2.47%)
Aprel döyüşləri (57.8%)
Manatın daha da dəyərdən düşməsi (14.8%)
Ərzağın bahalaşması (4.13%)
Referendumun keçirilməsi (2.47%)
İşığın və qazın qiymətinin qaldırılması (4.95%)
Xəzərdə neftçilərin itkin düşməsi (13.2%)
|