AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq  •   Azərbaycanda "Texnofest" bu tarixlərdə keçiriləcək  •   Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə  •   Məcid Araz: İranda Azərbaycan xanlıqlarının tarixi qaranlıqda saxlanılıb  •   Hərbi qulluqçumuz şəhid olub  •   Təbrizdə İran hökumətinin iqtisadi siyasətinə etiraz  •   Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ  •   Ərdoğan Türkiyə ilə Azərbaycan arasında anlaşma memorandumunu TƏSDİQLƏDİ  •   Türk Dövlətləri Təşkilatı əlaqələrini daha da gücləndirməlidir  •   Zəngəzur dəhlizi reallığa ÇEVİRİLİR  •   Ağdamda erməni atəşi nəticəsində "Bakcell"in əməkdaşı yaralanıb  •   Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı  •   Nizami Gəncəvini Azərbaycandan kənarlaşdırmağa hər zaman cəhdlər olub  •   “TURKOVAC”la bağlı Azərbaycan və Türkiyə rəsmiləri bir araya gələcək  •   İran Azərbaycanında türkcə kitabların yandırılmasının 75-ci ildönümü qeyd edilib  •   Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır - Stanislav Tkaçenko  •   Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir  •   Nizami Gəncəviyə qarşı təxribatla bağlı "Viktoriya Albert" muzeyinə məktub göndərilib  •   Rəsmi İrəvandan “Zəngəzur dəhlizi” haqda yeni AÇIQLAMA: “3 il vaxt aparacaq”  •   "Türk dünyasının birliyini görmək istəyirəm"  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Expo 2020 Dubai" çərçivəsində Azərbaycan Milli Günü ilə bağlı tədbirlər keçirilib
19/11/2021 Yazdır

Birləşmiş Ərəb Əmirliklərində davam edən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan Milli Günü ilə əlaqədar tədbirlər keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan sərgidə ekoloji təmiz texnologiyalara həsr olunmuş hissədə pavilyonla təmsil olunub. Milli pavilyonda "sabahın inkişafı bugünkü qərardan asılıdır" konsepsiyasını əks etdirən interaktiv elektron məlumat vasitələri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və müasir incəsənəti barədə videomaterialları təqdim edir.

Pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi və sosial sahələrdə dayanıqlı inkişaf və innovasiyalar barədə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərdə tikinti işləri barədə məlumatlar təqdim olunur.

Pavilyonun peyzajı Azərbaycandan və digər ölkələrdən olan rəssamları "Xarıbülbül" və "Ceyranlar" seriyasından heykəllərlə bəzədilib. Burada həm də Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin "Zərif saz" installyasiyası, Leyla Əliyevanın "Ürək" heykəli və Faiq Əhmədin xalça motivləri təqdim olunub.

Milli pavilyon gündə 10 mindən çox ziyarətçi qəbul edir. Sərgi çərçivəsində pavilyonun səhnəsində müntəzəm olaraq konsertlər və müxtəlif mədəniyyət proqramları keçirilir, ziyarətçilər isə Azərbaycanın tarixi və müasir həyatını izləmək imkanı qazanır.

Noyabrın 18-də "Expo 2020 Dubai" çərçivəsində Azərbaycan Milli Günü ilə əlaqədar tədbirlər keçirilib. Beynəlxalq sərginin hər günü burada təmsil olunan konkret ölkəyə həsr olunur.

Günün birinci yarısında Azərbaycan Milli Günü münasibətilə yürüş keçirilib. Daha sonra "Al Wasl Plaza" meydanında BƏƏ və Azərbaycanın bayraqlarının ucaldılması mərasimi keçirilib. Hər iki dövlətin himnləri səsləndirilib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışı zamanı bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir:

"İki ölkə arasında münasibətlər qarşılıqlı dostluq və hörmət prinsipləri əsasında qurulub və hər iki xalq bir-biri ilə tarixi və dini köklərlə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, gələn il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Uzun illər ərzində iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə dinamik inkişaf edib. Fürsətdən istifadə edərək, biz BƏƏ-dən olan investorları Azərbaycanın azad edilmiş ərazilərində davam edən bərpa və infrastruktur işlərində iştirak etməyə dəvət etmək istərdik", - deyə A.Ələkbərov bildirib.

Daha sonra qonaqlar Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin milli pavilyonları ilə tanış olublar.

Tədbirin yekununda "Al Wasl Plaza" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə çıxış edir. Ölkəmizin sərgidə layiqincə iştirakına Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət ayırıb və Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonun tikinti işlərinə başlayan ilk ölkələrdən olub.

Ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək yüksək mükafatlara layiq görülüb. Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin 2025-ci ildə keçiriləcək ümumdünya ekspo sərgisinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu il oktyabrın 1-də başlamış "Expo 2020 Dubai" 2022-ci il martın 31-dək davam edəcək.


+ Benzer Haberler
» Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq
» Azərbaycanda "Texnofest" bu tarixlərdə keçiriləcək
» Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə
» Məcid Araz: İranda Azərbaycan xanlıqlarının tarixi qaranlıqda saxlanılıb
» Hərbi qulluqçumuz şəhid olub
» Təbrizdə İran hökumətinin iqtisadi siyasətinə etiraz
» Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ
» Ərdoğan Türkiyə ilə Azərbaycan arasında anlaşma memorandumunu TƏSDİQLƏDİ
» Türk Dövlətləri Təşkilatı əlaqələrini daha da gücləndirməlidir
» Zəngəzur dəhlizi reallığa ÇEVİRİLİR
» Ağdamda erməni atəşi nəticəsində "Bakcell"in əməkdaşı yaralanıb
» Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı
» Nizami Gəncəvini Azərbaycandan kənarlaşdırmağa hər zaman cəhdlər olub
» “TURKOVAC”la bağlı Azərbaycan və Türkiyə rəsmiləri bir araya gələcək
» İran Azərbaycanında türkcə kitabların yandırılmasının 75-ci ildönümü qeyd edilib
» Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır - Stanislav Tkaçenko
» Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir
» Nizami Gəncəviyə qarşı təxribatla bağlı "Viktoriya Albert" muzeyinə məktub göndərilib
» Rəsmi İrəvandan “Zəngəzur dəhlizi” haqda yeni AÇIQLAMA: “3 il vaxt aparacaq”
» "Türk dünyasının birliyini görmək istəyirəm"


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9413
 GBP :  2.3254
 TRY :  0.1255
 EUR/USD :  1.1419
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft