AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər  •   Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ  •   6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb  •   Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək  •   Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir  •   Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video  •   “Qarabağ”dan səfərdə uğurlu çıxış  •   MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub  •   “Traxtur” komandası Türkiyədən qayıtdı  •   “Ermənistanın əsl niyyəti hamıya bəllidir”  •   Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Karaqandada baş verənlər ermənilərin faşizm ideologiyasının göstəricisidir"
08/01/2019 Yazdır

Əslində, Qazaxıstanda baş verən hadisələr həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, harada yaşamasından asılı olmayaraq, ermənilərin mütəşəkkil qaydada məskunlaşdığı yerlərdə kriminal hadisələr daha çox baş verir.

Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus iaşə obyektində baş vermiş qətl hadisəsinə münasibətini açıqlayarkən deyib.

O qeyd edib ki, ümumilikdə ermənilərə xas olan belə həyat tərzi bütün vaxtlarda və məkanlarda baş verib: “Bu mənada, Karaqandada da yaşanan məlum olay qeyd olunanların tərkib hissəsidir. Bu, eyni zamanda, ermənilərin faşizm ideologiyasının göstəricisi kimi də qiymətləndirilə bilər.

Çünki illər də göstərib ki, ermənilərdə türkə nifrət faktoru dəfələrə öz sübutunu tapıb. Nəzərə alsaq ki, qazaxlar da türk xalqları qrupuna aiddirlər və baş verən hadisə birbaşa milli zəmində baş verib, bu zaman ermənilərə məxsus iaşə obyektində yaşanmış qətl hadisəsi deyilən bütün fikirləri təsdiq edir. Əbəs deyil ki, biz sosial şəbəkələrdə ermənilərin digər millətlərə qarşı yuxarıdan aşağı baxmaları, harada nə varsa, “erməni” adına çıxmaları, ümumiyyətlə, oğurlamağa, sonradan isə özünküləşdirməyə meyilli olmaları barədə çoxsaylı faktların şahidləri oluruq”.

B.Quliyev həmçinin bildirib ki, Qazaxıstanda ermənilərin özlərini bu qədər həyasızcasına aparmaları illərdən bəridir davam edib: "Ümumiyyətlə, hələ Qazaxıstanda rəhbər vəzifələrdə fəaliyyət göstərmiş ermənilər əllərinə düşən hər bir fürsətdə daxillərindəki anti-türk və faşizm ideologiyasını tətbiq etmişlər. Bu barədə kifayət qədər əsaslı faktlar mövcuddur. Tarixi araşdırmalardan da görürük ki, Qazaxıstan ermənilər üçün öz etnik və s. zəmində cinayətləri törətmək baxımından ən ideal yerlərdən biri kimi seçilib. Baş verənlər isə bunun davamıdır”.

Ekspertin fikrincə, təkcə Azərbaycanda baş verənləri xatırlamaq kifayət edər ki, bütövlükdə Qazaxıstanda, eləcə də Mərkəzi Asiyada yaşayan xalqlar belə məsələlərdə həssaslıqlarını qorusunlar, arzuolunmaz hadisələri incələyərək, bundan real nəticələrə gəlsinlər:

“Təsadüfi deyil ki, bu gün erməni mediasında Karaqanda hadisələri barədə yazılanları nəzərdən keçirərkən ən rəzil proqnozları görürük. Misal üçün, erməni KİV-ləri hadisə baş verəndən dərhal sonra iddia ediblər ki, guya Qazaxıstan polisi qətl hadisəsini törədənlərin azərbaycanlılar olduğunu müəyyən etdikdən sonra, onları cəmiyyətə erməni ad-soyadları ilə tanıdıb və s. Bax, erməni xislətinin, erməni hiyləgərliyinin, erməni faşizminin təhlükəsi budur. Hesab edirəm ki, bu cür həssas məsələlərdə qazax dostlarımız diqqətli olmalı, belə yalanların cəmiyyətə sırınması cəhdlərinin qarşısını zamanında almalıdır”.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub./trend/


+ Benzer Haberler
» İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər
» İranın Qorqan şəhərində gecə qonaqlığına qatılan daha 25 qız və oğlan həbs edilib
» Paşinyan: “Cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamalıyıq”
» Avropa Parlamentində İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib
» Amerika İranın Mərkəzi Bankının rəisinə və onun müavininə qarşı sanksiya qoyub
» İngiltərə 23 rus diplomatı ölkədən qovdu
» İsrail “erməni soyqırımı”nı tanımadı
» Rusiyadakı təyyarə qəzasında ölənlərdən biri azərbaycanlıdır
» İranlı deputat: “Ölkədə keçirilən etirazlarda tutulanların sayı 3700 nəfərdir”
» Arif Keskin: Rejimde Köklü Bir Değişim İsteniyor
» Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcək
» Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər
» “İran, Türkiyə və İraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”
» “İranla Türkiyə silahlı qüvvələrinin birgə əməkdaşlığı genişləndiriləcək”
» Zərif: “Kürdistanın İraqdan ayrılması üçün keçirilmiş referendum çox təhlükəlidir”
» Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir
» Putin də Şimali Koreya lideri ilə danışıq aparmaq istəmir
» Ermənistan Gürcüstandakı NATO-nun təlimlərində iştirakdan imtina etdi
» Prezidentlərin övladları Bakıya gələcək
» Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8846
 GBP :  2.0621
 TRY :  0.301
 EUR/USD :  1.1086
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft