AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib  •   Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq  •   Dini abidələrimizə qarşi erməni VANDALİZMİ  •   ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər?  •   Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN  •   Azərbaycan Fransaya nota VERDİ  •   “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN  •   Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər  •   Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR  •   Azerbaycan’da işgalden kurtarılan Şuşa’ya yeni yol yapılıyor  •   Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil  •   Abbas Lisani hələ də ailəsi ilə əlaqədən məhrumdur  •   “Qarabağ müharibəsi bölgədə İranın nüfuzunu, daxildə isə İran millətçiliyini itkiyə uğratdı”  •   Erməni lobbisi Fransa parlamentini uşaq bağçasına çevirib - Hulusi Kılıç   •   Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərində olublar  •   Ombudsman azərbaycanlı hərbi əsirlərin sağ olduğunu TƏSDİQLƏDİ  •   Nobel mükafatçısı valideyinlərini itirmiş Xədicəyə yardım ayırdı  •   Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Erməni siyasətçi  •   Qızıl Xaç Komitəsindən azərbaycanlı hərbi əsirlərlə bağlı AÇIQLAMA  •   Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Riçard Kazlariç: Artıq məsələyə dondurulmuş münaqişə prizmasından baxılmayacaq
29/10/2020 Yazdır

ABŞ, Azərbaycan və Ermənistan hökumətlərinin oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibəsində Vaşinqtonda əldə olunan atəşkəs, vasitəçi tərəflərin Azərbaycan və Ermənistan üzərindəki təsir qüvvəsi və Dağlıq Qarabağ münaqişəsinin regiona təsirləri barədə danışıb.

Amerikanın Səsi: ​Səfir Kazlariç, bu yaxınlarda Vaşinqtonda elan olunan atəşkəs pozulub. Belə ki, tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər. İndiyədək bir neçə dəfə atəşkəsi təmin etmək cəhdləri olub, amma onların heç birinə riayət olunmayıb. Siz atəşkəsin davamlı şəkildə təmin olunmasının çətinlikləri ilə bağlı nə deyə bilərsiniz?

Riçard Kazlariç: Mən ilk öncə Azərbaycan və Ermənistan xalqına, bu faciəvi müharibədə ailə üzvlərini, dostlarını itirən hər kəsə dərin başsağlığımı çatdırıram. Bu, regionda və regiondan uzaqda olan hər kəsi narahat etməlidir.

Döyüşləri dayandırmaq məsələsinə gəldikdə, düşünürəm ki, bu, çox vacib amildir.

Mən bilirəm ki, xarici işlər nazirləri Vaşinqtona gəlməmişdən öncə Moskvaya getmişdilər. Məndə daxili məlumatlar yoxdur, amma onlara Moskvada buradan fərqli bir mesaj verildiyini eşitsəm, təəccüblənmərəm.

Döyüşlər davam etdiyi təqdirdə gələcək barədə düşünmək çətindir. İndi də yeganə məqsəd atəşkəsin yolunu tapmaq olmalıdır.

Mən daimi atəşkəs barədə danışıram, münaqişəni dondurmaq və ya bənzər bir şey deyil. Amma hər iki tərəfdə artilleriya və raketlər atılmağa davam etdiyi təqdirdə başqa şey haqda danışmaq mümkün deyil. Hazırda ən kritik olan şey atəşkəsi əldə etməkdir. Düşünürəm ki, son 48 saatda baş verənlər göstərir ki, əgər tərəflər özləri, yəni Yerevan və Bakıdakı rəhbərlik atəşkəsi təmin etməyə hazır deyillərsə, xarici qüvvələr baş verənləri dəhşət içində izləməkdən başqa heç nə edə bilməz. Yəni tərəflərin 24 və ya 48 saatlıq deyil, davamlı atəşkəs əldə etməyə razılaşdırmayanadək, həqiqi sülhün təmin olunması üçün lazım olan addlmlar barədə danışmaq mümkün deyil.

Mən indi baş verənlərlə, real insanların başlarına gələnlərlə bağlı hisslərimi ifadə edə bilmirəm. Bu, video oyunu deyil. Bu, kiminsə kompyuterində baş vermir. Bu, lüzumsuz müharibə nəticəsində ölən və əziyyət çəkən real insanlardır.

Amerikanın Səsi: Müharibənin gətirdiyi yerdəki dəyişiklikləri nəzərə aldıqda sülh danışıqlarının və ümumilikdə regionun gələcəyinin necə görürsünüz?

Riçard Kazlariç: Bilirsiniz, mənim bu müharibə ilə bağlı düşüncələrim dəyişir. Açığını desəm, məncə bu, insanların xoşuna gəlmir. Amma mən bu müharibənin artıq Qarabağla bağlı olduğunu düşünmürəm. Bu, etnik müharibəyə çevrilib. Bu, Azərbaycan xalqı ilə Ermənistan xalqı arasında onların bir-biriləri ilə bağlı düşüncələri üzərində bir müharibəyə çevrilib. Və mən daimi atəşkəs olsa belə artıq bundan sonra necə geri çəkilmək olar, Qarabaq məsələsinin həllli, işğal olunan ərazilərdən geri çəkilmək, bəlkə də Dağlıq Qarabağın muxtairyyət dərəcəsinə dair birbaşa danışıqlarla bağlı 30 il bundan öncəki ritorikaya necə geri dönmək olar, onu bilmirəm. Bunlar artıq geridə qaldı, artıq tarixə çevrildi. İndi art;q müəyyən etmək lazımdır ki, Azərbaycanla Ermənistan və xalq olaraq, fərdlər olaraq azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdə hansı fundamental dəyişikliklər olmalıdır ki, sülh mümkün olsun. Bunu etmək isə çətindir.

Son zamanlarda mənim hörmət etdiyim və hətta daha öncə barələrində eşitmədiyim insanlar tərəfindən məqalələr dərc olunub. Mən izləyicilərə Tom de Vaalın oktyabrın 26-da Foreing Policy jurnalında dərc olunan “Ermənistan və Azərbaycan üçün qarşıda kompromis görünmür” adlı yazısını oxumağı tövsiyə edərdim. Düşünürəm ki, onun mükəmməl təhlilinin bu başlığı vəziyyəti izah edir, çünki biz artıq keçmişdə olduğu kimi kompromislə bağlı danışmaq mərəhləsini geridə qoymuşuq. Açığını desəm, bununla bağlı təkcə AP-də bir xəbər oxumuşam, amma orda deyilirdi ki, Prezident Əliyev dünən yenidən Minsk Qrupunu 28 il boyunca heç bir nəticə əldə etməməmkdə və yalnızca vədlər etməkdə və bürokratik proseslər yürütməkdə ittiham edib. Amma təəssüf ki, bu, doğru deyil.

Əgər insanlar liderlərdən birinin ağzından çıxan bu sözlərlə Minsk Qrupunun gəlib keçmişdə gördüyü işləri davam edəcəyini gözləyirlərsə, mən bunu belə görmürəm.

Ona görə də mən bir baxımdan düşünürəm ki, daimi atəşkəs əldə olunmadan, öldürmələrə son qoymadan bunu müzakirə etmək az qala tezdir. Bunlar olandan sonra gələcəkdəki danışıqların əsası barədə danışmaq olar. Amma artıq məsələyə dondurulmuş münaqişə və “gələcəyə qayıdış” prizmasından baxılmayacaq. Yeni yanaşma fundamental şəkildə fərqli və davamlı olmalıdır.

Amerikanın Səsi: Sizcə vasitəçi qüvvələr müharibə edən tərəflər üzərində nə dərəcədə təsir gücünə malikdirlər?

Riçard Kazlariç: Zənnimcə, Minsk Qrupunun həmsədrlərindən hər biri müxtəlif təsir gücünə malikdir.

Bu da hər zaman bu quruluşun üstünlüyü olub. Rusiya qonşudur və onlar arasında tarixi münasibət var. Bu arada mən təkcə həmsədrlər barədə danışıram, çünki Türkiyə də iştirakçı üzv olaraq Minsk Qrupunun bir hissəsdir. Fransa gördüyü işlərlə Avropanın mühüm görüşlərini əks etdirir və Birləşmiş Ştatlar da var ki, bildiyiniz kimi, ABŞ tarixən regiona sülh gətirmək və Cənubi Qafqazdakı bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü qorumaq üçün aktiv rol oynayıb.Ona görə də hər bir həmsədr müəyyən təsir gücünə malikdir. Amma bu güclər bir araya gətirilməlidir. Biz hər bir həmsədr ölkənin ayrı-ayrılıqda nə isə etdiyini görürük. Moskva xarici işlər nazirləri ilə görüşür. Vaşinqton xarici işlər nazirləri ilə görüşür, Avropa Fransanın qismində müxətlif addımlar adır. Amma bu addımlar onlar arasında əməkdaşlığı əks etdirmir. Buna görə də kollektiv beynəlxalq addım olmalıdır.

İkinci təsir gücü məsələsi odur ki, tərəfləri tələfatları mümkün edən silahlarla təmin edən ölkələr daimi atəşkəs və diplomatik proses olmadan silah satışlarına embarqo tətbiq etməyə qərar verməlidirlər. Bu, çətin olacaq. Amma biz döyüşlərə son qoymaq üçün Yerevan və Bakı üzərində mövcud olan həqiqi və əhəmiyyətli təsir gücündən istifadə etməliyik.

Mən bilirəm ki, son günlərdə Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüblər. Mən həmni görüşdən hansı nəticəələrin çıxdığını bilmirəm. Amma bu, müsbət bir haldır ki, onlar bir-biriləri ilə danışıqlar aparırlar. Amma artıq elə bir vəziyyət yaranıb ki, biz məntiqli diplomatik danışıqlar aparmışıq, tərəfləri dinləmişik və atəşkəsin təmin olması üçün bir fürsət axtarmışıq, amma bu, baş verməyib.

Düşünürəm ki, biz insanların öldürülməsinə son qoyulmasını istəyiriksə, təəsüf ki, artıq daha məcburi diplomatiya ilə məşğul olmalıyıq, çünki əfsuslar olsun ki, normal diplomatiya lazımi nəticə vermir.

Amerikanın Səsi: Sizcə Dağlıq Qarabağ münaqişəsi münaqişə zonasından kənara geniş təsir edirmi? Bu münaqişənin daha geniş regiona və dünyaya hansı təsirləri ola bilər?

Riçard Kazlariç: Bilirsiniz, biz 2008-ci ildə Gürcüstanın Rusiya ilə müharibəsindən başlayaraq son illərdə Cənubi Qafqazdakı münaqişələrin yayılma riskinin olduğunu müşahidə etmişik.

Ona görə də bu məsələdə bütün tərəflərin iştirak etməsi çox mühümdür. Fikrimcə, ən çox diqqət yetirməli olduğumuz qonşulardan biri İrandır və onun baş verənlərə reaksiyasının nə olacağıdır. Məncə onlar keçmişdə məsələyə, belə desək, faydalı olmayacaq bir şəkildə cəlb olunmağı bacardıqlarını göstəriblər. Ümid edirəm ki, onlar bu münaqişəyə cəlb olunmayacaqlar. Amma bu, İranla ABŞ və Avropa ölkələri və bəzi qonşu ölkələrlə İran arasındakı gərginliklərin Azərbaycanla Ermənistan arasındakı döyüşlərə təsir edə biləcəyinin nümunəsidir.


+ Benzer Haberler
» İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
» Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq
» Dini abidələrimizə qarşi erməni VANDALİZMİ
» ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər?
» Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
» Azərbaycan Fransaya nota VERDİ
» “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir” - Fransa XİN
» Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
» Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR
» Azerbaycan’da işgalden kurtarılan Şuşa’ya yeni yol yapılıyor
» Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
» Abbas Lisani hələ də ailəsi ilə əlaqədən məhrumdur
» “Qarabağ müharibəsi bölgədə İranın nüfuzunu, daxildə isə İran millətçiliyini itkiyə uğratdı”
» Erməni lobbisi Fransa parlamentini uşaq bağçasına çevirib - Hulusi Kılıç
» Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərində olublar
» Ombudsman azərbaycanlı hərbi əsirlərin sağ olduğunu TƏSDİQLƏDİ
» Nobel mükafatçısı valideyinlərini itirmiş Xədicəyə yardım ayırdı
» Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Erməni siyasətçi
» Qızıl Xaç Komitəsindən azərbaycanlı hərbi əsirlərlə bağlı AÇIQLAMA
» Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  2.0271
 GBP :  2.2728
 TRY :  0.2156
 EUR/USD :  1.1924
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft