AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rza Diqqəti: Azərbaycanlıların mütləq ana dilində məktəbi olacaq
20/10/2014 Yazdır

“National Geografic” jurnalının tanınmış foto-jurnalisti Rza Diqqəti bu yaxınlarda Vaşinqtonda Dünya Bankının qərargahında TEDx söhbətində yoxsulluğun aradan qaldırılması mövzusunda məruzə edib.

Rza Diqqətinin çəkdiyi foto-şəkillər dünyanin ən mötəbər jurnalları və dərgilərinin səhifələri və cildini  bəzəyib.  30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri və gətirdiyi bəlaları göstərməyə çalışıb.

Yoxsulluq və bunun insanların həyatına qoyduğu izlər foto-jurnalist kimi Rza Diqqəti İranda fəaliyyətə başladığı ilk illərdən onu cəlb edən mövzulardan biri olub. İranda yoxsul insanları fotolar vasitəsilə təsvir etdiyinə görə Rza Diqqəti şah rejimi tərəfindən təqiblərə məruz qalıb və həbsə salınıb. Amerikanın Səsinə müsahibə Rza Diqqəti müharibə, yoxsulluq və İran rejimi haqda fikirlərini bölüşüb. 

“İranın hər iki hökuməti dövrü həbsdə oldum. Birinci dəfə İran şahı dövrü, o zaman universitetdə tələbə idim və yoxsul insanların fotolarını çəkib göstərirdim. Məni tutdular və üç il həbsdə qaldım. 22 yaşından 25 yaşına qədər həbs oldum. Üç il həbsdə olub çıxdım və bir il sonra İranda inqilab oldu”-deyə Rza Diqqəti bildirib.

Foto-jurnalist İranda islam respublikasının qurulduğu dövr artıq professional səviyyədə xarici qəzetlər və jurnallarla əməkdaşlıq etdiyini, ölkədə baş verən hadisələri dünyaya göstərməyə başladığını deyib. O, İranda etnik azlıqlara qarşı ayrı-seçkilik və onlara qarşı zorakılıqları nümayiş etdirən fotolarına görə yeni dinçi hökumət tərəfindən təqib olunduğunu və 1981-ci ildə İranı tərk etməli olduğunu bildirib.

Tanınmış foto-jurnalist Urmiya gölündə yaranmış  ekoloji vəziyyətlə bağlı dəfələrlə narahatlığını ifadə edib. Rza Diqqəti Urmiya gölündə vəziyyəti İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib. “İran hökuməti etnik azlıqlar, o cümlədən azərbaycanlıların inkişafına imkan vermək, onların irəliyə getməsini istəmir”-deyə Rza Diqqəti bildirib.

 Rza Diqqəti o zamandan bəri İrana qayıda bilməyib. Bunun nə zaman baş verə biləcəyi sualının cavabında o, İranda hazırkı rejiminin mövcud olduğu müddətdə ölkəyə qayıtmasını mümkün saymadığını deyib. “Ruhaninin vəzifəyə gəlməsindən sonra ölkədə Mahmud Əhmədinejad dövründən daha çox insan öldürülüb. Jurnalistlər, insan haqları müdafiəçiləri öldürülüb, həbsə salınıb”-deyə Rza Diqqəti bildirib.

Foto jurnalist İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətdən danışaraq, Urmiya ilə əlaqədar vəziyyəti azərbaycanlıların qarşılaşdığı çox sayda problemlərdən biri adlandırıb. “İllərlə belə idi, şah zamanında, Xameneyi vaxtında , Xomeyninin vaxtında da azərbaycanlıları sıxışdırırdılar”-deyə Rza Diqqəti söyləyib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft