AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub  •   Britaniya minaların təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir  •   İran həbsxanalarında aclıq aksiyası keçirən milli fəalların aksiyası sona çatıb  •   Erməni diasporu Ermənistana yardımı azaldıb - SƏBƏB  •   Güneyli fəal Nasir Xülusi ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb  •   Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!  •   Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər  •   Araz Süleymani: İqtisadi çətinliklər ən çox qeyr-fars icmalar, qadınlar və uşaqları hədəf alır  •   Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi  •   Güneyli siyasi məhbus Abbas Lisani aclıq aksiyasına başlayıb  •   “Kimsə özünü toxunulmaz hesab etməsin” - Prezidentdən XƏBƏRDARLIQ  •   Evin zindanından Tohid Əmir Əmininin aclıq aksiyası keçirən Yusif Kariyə açıq məktubu  •   Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır  •   Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI  •   30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR  •   Azərbaycanda sərt karantin rejimi yumşaldıldı  •   Güneyli siyasi fəal Lətif Həsəni 8 ildən sonra azadlığa buraxılıb  •   TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”  •   Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi  •   Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Siyamək Kuşi İnqilab Məhkəməsində mühakimə ediləcək
06/01/2021 Yazdır

Təbrizdə Qarabağa dəstək mitinqində həbs edilən milli fəal Siyamək Kuşinin dosyesi bu şəhərin İnqilab məhkəməsinə göndərilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Təbriz şəhərində yaşayan və bu şəhərdə Qarabağa dəstək mitinqi zamanı həbs edilən siyasi fəal Siyamək Kuşinin məhkəmə dosyesi Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

Yanvarın 3-də Siyamək Kuşiyə Təbrizin Şəhid Beheşti prokurorluğunun 16-cı şöbəsi tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə dosyesi ilə bağlı son təfərrüatı öyrənmək üçün Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi istənilib.

Kuşi oktyabrın 18-də Təbrizdə Qarabağa dəstək mitinqində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbriz şəhərinin Saib xiyabanında yerləşən polis qüvvələrinin Ettelaat orqanının təcridxanasına köçürülüb.

Güneyli siyasi fəal Siyamək Kuşi həmçinin oktyabrın 5-də Qarabağa dəstək mitinqlərinin çağırışları ilə əlaqədar telefonla Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb və bir neçə saat orada dindirilib, təhdid edildikdən sonra girov müqabilində sərbəst buraxılıb.

Kuşi müvəqqəti azadlığa buraxıldıqdan sonra Təbrizdə keçirilən Qarabağa dəstək mitinqində iştirakçıların həbs edilməsi ilə bağlı və həbs edildiyi zaman polis qüvvələrinin rəftarı və təcridxananın şəraitini Amerikanın Səsi ilə müsahibədə izah etmişdi.

Onun dediklərinə görə, 30 kişi və 10 nəfərdən çox qadın vətəndaş polis qüvvələri tərəfindən Qarabağa dəstək mitinqi zamanı həbs edilmişdilər. O həmçinin digər orqanlar o cümlədən İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu və Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən bir çox vətəndaşın həbs edildiyini təxmin etdiyini bildirmişdi.

Siyamək Kuşi həbs olduğu zaman qida və sağlamlıq durumunun çox pis olduğunu, hətta təcridxana məmurlarının onlara bir bardaq su belə vermədiklərini deyib vurğulamışdı: “Bizə orada qaldığımız iki günə yaxın müddətdə bir bardaq su belə verilmədi, əllərimizi yumaq üçün sabun belə yox idi. Hər kəs ki, yemək istəyirdi təcridxana otağından çıxarıb ağır şəkildə döyürdülər.”

Sentyabrın 29-dan bəri İran Azərbaycanının fərqli şəhərlərində və İranın digər türkdilli bölgələrində keçirilən mitinqlərdə bir çox sayda milli fəal və vətəndaş həbs edilib və ağır işgəncələrə məruz qalıb.


+ Benzer Haberler
» Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub
» Britaniya minaların təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
» İran həbsxanalarında aclıq aksiyası keçirən milli fəalların aksiyası sona çatıb
» Erməni diasporu Ermənistana yardımı azaldıb - SƏBƏB
» Güneyli fəal Nasir Xülusi ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb
» Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
» Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər
» Araz Süleymani: İqtisadi çətinliklər ən çox qeyr-fars icmalar, qadınlar və uşaqları hədəf alır
» Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
» Güneyli siyasi məhbus Abbas Lisani aclıq aksiyasına başlayıb
» “Kimsə özünü toxunulmaz hesab etməsin” - Prezidentdən XƏBƏRDARLIQ
» Evin zindanından Tohid Əmir Əmininin aclıq aksiyası keçirən Yusif Kariyə açıq məktubu
» Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
» Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI
» 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
» Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
» Güneyli siyasi fəal Lətif Həsəni 8 ildən sonra azadlığa buraxılıb
» TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”
» Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
» Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  2.063
 GBP :  2.3223
 TRY :  0.2293
 EUR/USD :  1.2135
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft