AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Xocalı soyqırımını tanıyan Avropa ölkəsinin deputatları Bakıya gəlib
16/04/2014 Yazdır

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin üzvlərini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, spiker Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirilib ki, tarixən mövcud olan münasibətlərimiz Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Yüksək səviyyədə aparılan siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Bu sahədə daha böyük nailiyyətlər əldə etmək üçün geniş imkanlar mövcuddur.

Sədr parlamentlərarası münasibətlərin əməkdaşlığımızın daha da dərinləşməsində əhəmiyyətli rol oynadığına diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini, hər iki ölkə parlamentində dostluq qruplarının mövcudluğunu yüksək dəyərləndirib: "Öz iqtisadi inkişafına görə bu gün Cənubi Qafqazda liderliyini saxlayan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Ancaq bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi nəinki regionun tərəqqisinə, habelə Avropa ilə əməkdaşlığın daha da dərinləşməsinə böyük maneçilik törədir".

O.Əsədov Çexiya parlamentində Xocalı faciəsinin soyqırım kimi tanınması ilə əlaqədar komitə üzvlərinə, Çexiya parlamentinin deputatlarına öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında ilk dövlətdir ki, Xocalı soyqırımını tanıyıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq ölkəmizdəki inkişafı yüksək dəyərləndirərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter almasının ümumi mənafelərə xidmət etdiyini deyib.

M.Kreyça dövlətlərarası münasibətlər sistemində parlamentlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, deputatlarımızın beynəlxalq tədbirlərdəki mütəmadi görüşlərini, onları maraqlandıran məsələlər ətrafında aparılan informasiya mübadiləsini əhəmiyyətli hesab edib.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka və digər rəsmi şəxslər də iştirak ediblər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft