AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Zəhərli Bakı torpağı
27/11/2014 Yazdır

Azərbaycanda həyata keçirilən tədbirləri nəticəsində 2006-2013-cü illərdə 1430 ha-ya yaxın neft və neft məhsulları ilə çirklənmiş ərazi təmizlənərək bərpa olunub. Ötən il ərzində ümumilikdə obyektlər üzrə 462 ekoloji monitorinq həyata keçirilib, bunlardan 309-u quruda, 153-ü isə dənizdə yerləşən obyektlərdə aparılıb.

Bunu ANS-ə Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev deyib.

Onun sözlərinə görə, təmizlənmiş 400 ha ərazidə yaşıllıq zolağı salınIb, 574434 ədəd ağac-kol və gül bitkiləri əkilib, müvafiq aqrotexniki qulluq işləri göstərilib. 

O bildirib ki, “Eko-park” layihəsi çərçivəsində ümumi sahəsi 15562 m² olan, 60 ləkdən ibarət Açıq şitilxana sahəsində yaşıllaşdırma işləri davam etdirilib və 165000-dən çox ağac-kol tinglərinə il ərzində aqrotexniki qulluq işləri lazımi səviyyədə aparılıb. "Eko-park"ın ümumi sahəsi 5000 m² olan Qapalı şitilxana hissəsində xüsusi şəbəkələrdə toxum səpini və toxmacarların xüsusi qablara köçürülməsi işləri həyata keçirilib, il ərzində 697963 ədəd ağac-kol və gül bitkilərinin toxumları əkilib.

Bir sözlə, davamlı olaraq fəaliyyət sahələrində tarixən mövcud çirklənmələrin təmizlənməsi, istehsal sahələrində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. 

Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. İndi keçmiş SSRİ-dən, NOBEL qardaşlarından miras qalmış neftlə çirklənmiş ərazilərin təmizlənməsi müstəqil Azərbaycanın üzərinə düşüb. Son 7 ildə bu sahəyə diqqət artırılıb, hökumət tərəfindən mühüm qərarlar, sərəncamlar verilib. 

Onun sözlərinə görə, ölkə ərazisində, əsasən də Abşeron yarımadasında neftlə çirklənmiş 35 min hektar ərazinin təmizlənməsi, yerində kənd təsərrüfatı sahələrinin salınması, şəhərin abadlaşması, yaşıllıqların salınması çox mühümdür. Verilən sərəncamlar, tapşırıqlar Dövlət Neft Şirkəti tərəfindən layiqincə yerinə yetirilir, icra olunur. Apardığımız monitorinqlər onu göstərir ki, doğrudan da təmizlənmiş torpaqlar abadlaşdırılır, yeni yaşıllıq zolaqları salınır.

Ekspert vurğulayıb ki, hazırda təmizlənən ərazi min hektardan çoxdur. Bibiheybətdə 260 hektar ərazi təmizlənib, yeni yaşıllıq zonası, parklar salınır. Milli Parkın ərazisinin genişləndirilməsi buna misaldır. 

Respublika üzrə ümumilikdə 35 min neftdən çirklənmiş ərazi var. Bunun 5 faizədək ərazi təmizlənib. Abşeron yarımadasında 11 min hektardan çox çirklənmiş, 7 min orta, 12 min hektar az çirklənmiş ərazi var. Bu az rəqəm deyil, bunların tamamilə təmizlənməsinə vaxt lazımdır. Bunun üçün milyardlarla vəsait lazımdır. 

T.Zeynalov diqqətə çatdırıb ki, dövlət vəsaiti əgər çirklənmiş ərazilərə ayırsa, onda əhalinin sosial problemlərini həll etmək çətinləşəcək, iqtisadi problem yaranacaq. Ona görə də dövlət mütəmadi olaraq bunu hərtərəfli idarə edir. Biz 1998-ci ildə Norveç dövlətinin sərmayəsi ilə Abşeron yarımadasının neftlə çirklənmiş ərazisinin xəritəsini hazırlamışdıq. İndi həmin o xəritə ilə koordinasiya nöqtələrinə baxmaq olar ki, hansı ərazi təmizlənib, vəziyyət necədir.

Onun sözlərinə görə, bu məsələlərdə tənqidi məsələ ancaq işin ləng getməsidir. Əsas Abşeron, Bakı, Neftçala və neft çıxarılan digər əraziləri təmizləmək lazımdır: "Azərbaycan dövlətinin neftdən qazandığı pulların çox hissəsini bu ərazilərin təmizlənməsinə xərcləməsi doğru olmazdı. Çıxış yolu kimi, təklif edərdim ki, bunu SSRİ-nin varisi kimi Rusiya sərmayə qoyub təmizləməlidir. Nobel qardaşları buradan 50 il neft daşıyıblar, indi onların adına Nobel mükafatı verilir. Onlar 5-6 milyard dollar ayırıb Bakının zəhərli torpaqlarını, neftdən çirklənmiş əraziləri təmizləməsinə yardımçı olmalıdırlar. İctimaiyyətin tələbi ilə bu məsələni gündəmə gətirmək olar." 

Xatırladaq ki, torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən 60 milyon manatdan çox, Azərbaycan büdcəsindən isə 19 milyon manata yaxın vəsait ayrılıb. Bakı və Bakı ətrafı torpaqlarda təmizləmə işlərinin başa çatması gələn il mümkün olacaq. Belə ki, Azərbaycan paytaxtında ilk dəfə Avropa Olimpiya Oyunları keçirilməsi ilə əlaqədar torpaqların təmizlənməsi ilə bağlı işlər həmin dövrədək yekunlaşdırılmalıdır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft