AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”  •   Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək   •   Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir  •   Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI  •   Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib  •   Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...  •   Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib  •   Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik  •   Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"  •   Urmiyə gölünün su səviyyəsi sürətlə azalır  •   Azərbaycanın analoji addım atmaq hüququ var  •   Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var  •   Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb  •   Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi  •   Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb  •   "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”  •   Türkiyənin 40 rektoru Azərbaycana gəlir  •   Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir   •   Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər  •   Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Zəngəzur dəhlizi reallığa ÇEVİRİLİR
11/01/2022 Yazdır

“Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Hazırda həmin hissə ilə yük qatarları hərəkət edir”.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər:

"İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdir. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir”.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi,eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının hesabına çevirəcək:

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.

V.Bayramov deyib ki, işlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər.