AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  •   Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur  •   “Təhlükəsizlik qüvvələri etirazçıların əhalinin kasıb təqəbəsindən olduğunu etiraf edirlər”  •   Münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib  •   Türkiyədə zəlzələ baş verib  •   Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək?  •   Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb  •   Azərbaycanda qızıl və gümüş ucuzlaşıb  •   Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ  •   Noyabr ayı etirazları zamanı yoxa çıxan rejissorun cansız bədəni tapılıb  •   Azərbaycanda qadın və kişilərin orta nikah yaşı çoxalıb: Kişilər son 29 ilin rekordunu vurdular  •   2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq  •   Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi  •   Zaur Əliyevin Erməni yalanlarına qarşı yeni kitabı çapdan çıxdı  •   Azərbaycan Albaniya 500 min avroluq yardım etdi  •   İranda son etirazlara qatılanların kütləvi həbsinə başlanılıb  •   Azərbaycanlı beş idmançı Türkiyədə uşu üzrə beynəlxalq turnirdə finala yüksəlib  •   Prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiq edib  •   Milli Məclisin buraxılması barədə qərar verildi  •   Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirəcək  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Şeyx Əbdül “Qanlı Yanvar” barədə: “Vahid Mustafayev orada olmayıb”
26/01/2016 Yazdır

ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 yanvar şəhidlərindən bəhs edən “Qanlı Yanvar” filmi cəmiyyətdə birmənalı qarşılanmadı.

Maraqlıdır ki, film keçən il çəkilib kionteatrlarda nümayiş olunub. Həmin ərəfədə  filmin izləyiciləri də kifayət qədər çox olub.   Amma 20 Yanvar hadisələrinin 26-cı ildönümündə filmi izləyənlər kəskin etirazlarını bildiriblər.

Səbəb isə filmdə yaxın tariximizin təhrif olunması, əliyalın xalqın Sovet qoşunlarına qarşı silahlı mübarizə formasında müqavimət göstərməsi, 13 yaşlı şəhid Larisanın nigahdankənar hamilə qalması və s. kimi məqamlardır.  

Qarabağ müharibəsi iştirakçıları, 20 Yanvar şahidləri filmin nümayiş olunmasını azərbaycanlılara qarşı təhqir kimi dəyərləndiriblər.  

Modern.az saytı filmdə yer alan səhnələrlə bağlı kinorejissor, eyni zamanda, 20 Yanvar hadisələrinin canlı şahidi Şeyx Əbdül Mahmudovla əlaqə saxlayıb.  

Şeyx Əbdülün sözlərinə görə 20 Yanvar hadisələrində müəmmalı məqamlar var ki, bu günə qədər açılmayıb.

“Həmin gün kinostudiyanın qarşısında uzun saqqallı,  hündürboy kişiləri öz gözümlə görmüşəm. Hamısı da başdan-ayağa silahlanmışdılar.

“O Yanvar gecəsi də Bakıda qırğını onlar törətdi. Bizə məlumat verdilər ki, həmin muzdluların 2 minə yaxını ermənidir. Bunlar “Salyanski kazarma” deyilən ərazidə ordu düzəldiblər. Burada məqsəd provaksiya yaratmaqdan ibarət olub. Həmin muzdlular güllə atan zaman Sovet ordusu “biz də onlara cavab olaraq  güllə atmağa başladıq” desinlər .

Bu, “Salyanski kazarma” deyilən yerdə quraşdırılmış iş idi. Guya xalq atəş açdı, bunlar da müharibəyə başladı”.   Şeyx Əbdül 20 Yanvar hadisəsindən 3 gün qabaq bir rus generalının  hadisə ilə bağlı onlara yaxınlaşaraq bəzi gizli məlumatlar verdiyini deyib.  

“Konkret olaraq bir faktı demək istəyirəm. 1990-cı ilin 17 yanvarında Qaradağ, Maştağa tərəfdə barikadalar qurulmuşdu. Biz həmin  vaxt kinostudiyanın ətrafında idik.

Osetin mənşəli 40 yaşlı  rus ordusunda xidmət edən  general həmin vaxt   bizə yaxınlaşdı. Mənə dedi ki,  gəl kənara çəkilək. Mən osetinəm,  həm də müsəlmanam. Bu, sovet ordusudur. Sovet ordusu Bakıya qorxu yaratmaq üçün gəlib.  

Onlar sizə güllə atmayacaq. Bunu sənə sirr olaraq deyirəm.

Siz bizə doğma insanlarsınız. Amma çox böyük səhvlərə yol verirsiniz. O böyük səhvlər ondan ibarətdir ki, quru boçkalarla, araba çarxları ilə, daş-kəsəklə yolu bağlamısınız. Əvvəla, bu ordunun qarşısını bu cür şeylərlə almaq mümkün deyil. Onlar ağır texnika ilə təchiz olunub. Əksinə, sizin bu formada silahlanmağınız qıcıq yaradır. Onsuz da imperiya dağılmaq üzrədir. Ordunun içində ciddi qarşıdurma var. Gücünüz çatdığı qədər gedin evlərinizin, məhlənizin qarşısında oturun və üzərinizə “Azadlıq istəyirik” kimi şüarlar yazın.   

Bir, iki gün barikadalar bu formada  davam etsə, yaxşı nəticələnməyəcək. Çünki  adamöldürən muzdlu ordu var. Həmin muzdluların əksəriyyəti də kənar millətlərdən təşkil olunub. Əsasən də ermənilər üstünlük təşkil edir. Burada oyun oynamağın mənası yoxdur”.  

Şeyx Əbdül deyir ki, həmin generalın dedikləri onlar üçün sıradan bir söz olub. “Çünki insanlar o dərəcədə qızışmışdı ki, elə bilirdik sovet qoşunlarının qarşısında nəsə edə bilərik. Hələ də həmin gecə insanların silahlı olub-olmaması məsələsi sual altındadır. 20 yanvar gecəsi yeganə silah o idi ki, yollara dəmir əşyalar, armatur düzmüşdülər. Ola bilsin ki, kiminsə evində tapança, tüfəng karabin  olub. Bəlkə də atəş açıb. Amma həmin vaxt ara elə qarışmışdı ki, bunu bilmək çox çətin idi”.  

Şeyx Əbdül Mahmudov Vahid Mustafayevin çəkdiyi filmi izləmədiyini deyib.

“Əslində, Vahid Mustafayevin çəkdiyi filmlə tanış deyiləm.  İndi Vahid Mustafayev bədii film çəkib. Bədii filmin də qanunları var. Filmdə tarixin  təhrif olunduğunu heç kəs deyə  bilməz. Orda nə Vahid olub, nə də bunu deyənlər. Amma, mən 20 yanvar hadisəsinin şahidi olmuşam.

“Salyanski kazarma” deyilən yerin ətrafında provakasiya məqsədilə təşkil olunmuş 5-6 güllə atılıb. Amma,  bizimkilərin, yoxsa muzdluların atması bəlli deyil. Tarixdə Hitlerlə bağlı o qədər filmlər çəkilib ki. Çoxunda da axmaq adam kimi təqdim olunub. Məgər, Hitler axmaq idi ki! Axmaq adam o boyda Avropanı işğal edə bilərdi?! Bunlar ideoloji təbliğatdır”.  


+ Benzer Haberler
» "Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib
» Təbrizdə Azərbaycan aşıqlarının 23-cü toplantısı keçiriləcək
» Qəbələ "İslam dünyasının turizm paytaxtı" seçildi
» Təbrizli sənətçilərin ‘Səttarxan’ tamaşası Türkiyədə səhnəyə qoyulur
» Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.
» Şair və tərcüməçi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib - Fotolar
» Səfir: Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan qardaş ölkələrdir - Foto
» Bir qadının uğuru, ya uğursuzluğu?
» Zəncanda 11-ci ‘Aşıqlar Bayramı’ keçirilib
» İranda musiqi festivalı keçirilir
» Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb
» Bərdədə “Qaçqın düşmüş musiqi” festivalı keçirilib
» Azərbaycanlı uşaq rusları heyran etdi- Video
» Bakıda çəkilmiş dini film Təbrizdə nümayiş etdirilib
» Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılacaq
» "O səs Türkiyə”yə çıxan azərbaycanlılar herkesi coşdurdu - Video
» Dünyaca məşhur müğənni 9 yaşlı azərbaycanlı qızla duet oxudu - Video
» Tovuzda “Türk dövlət və toplumlarını yaxından tanıyaq” adlı tədbir keçirilib
» MTRŞ: Telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir
» Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8853
 GBP :  2.2335
 TRY :  0.2928
 EUR/USD :  1.109
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft